• $
  • €
  • ₽
  • ₺
  • £

"Bunu sənə bağışlamayacağam" - Afaq Bəşirqızından ürəkdağlayan açıqlama

"Bunu sənə bağışlamayacağam" - Afaq Bəşirqızından ürəkdağlayan açıqlama
16.05.2021 16:30
Cənazən həyətdə qaldı, əlaqədar təşkilatların başı çox qarışıq idi, Xalq artisti Arif Quliyev yada düşmədi, biganəlik oldu...

"Çox qəribədir, həyatın da qəribə keçdi, sən də bu həyatdan doğaraq çox qəribə bir insan oldun. Heç zarafatından qalmadın, bu gün doğulursan, artıq özün haqqında xatirə danışdırırsan. Heyf səndən, heyf! Sən o dar, qaranlıq qəbirdə necə hərəkətsiz durursan, dayanırsan, o nigarançılığı necə dəf edirsən?! Həmişə ailəndən, uşaqlarından nigaran olmusan, həmişə meteorit kimi fırlanmısan, fırlanmısan, amma heç vaxt yerə düşməmişdin"
 
AZXEBER.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı həmkarı, bir müddət əvvəl dünyadan köçən Arif Quliyev haqda danışıb. O daha sonra əlavə edib.

"Bilmirəm insan kimi necə oldun, amma aktyor kimi yaddaşlarda qalacaqsan. Bu da sənin bir xoşbəxtliyindir. Çünki səni unudan, səni atan ata-anan, amma səni qiymətləndirəcək, heç vaxt unutmayacaq, adının qarşısında rəhmətlik deyəcək xalq. Sən ikincini qazandın. Bir sahənin adamlarıyıq, amma heç vaxt yaxın olmadıq. Ya xasiyyətlərimiz qəribə idi, yaxud da. Nəysə yaxın olmadıq. Amma mən istəyimi üzdə bildirə bilmirəm. Həyatım boyu səninlə bağlı iki hadisə heç vaxt yadımdan çıxmayacaq və mən bunu sənə heç vaxt bağışlamayacam. Biri verilişlərdən birində, daha dəqiq desək "Onun sirri" proqramında sənin etdiyin etiraflar və ağlamağın, biri də həyətində, köhnə məhəllədə xəstəxana nasılkasında qalan cənazən! Uzun müddət sən o həyətdə qaldın. Yaxşı ki, sənin kimi hazırcavab qonşuların oldu ki, jurnalistin üzqızardıcı söhbətinə "qoy hələ bir az da cənazə qalsın həyətdə" cavabını verdilər. Əlaqədar təşkilatların başı çox qarışıq idi, Xalq artisti Arif Quliyev yada düşmədi, biganəlik oldu. Heç olmasa mədəniyyət xadimi yada düşərdi. Nəysə, Allah sənə rəhmət etsin" deyə sənətkar bildirib.
 
Qeyd edək ki, 16 may Xalq artisti Arif Quliyevin doğum günüdür. Sənətkar yaşasaydı, sabah 71 yaşını qeyd edəcəkdi. Allah rəhmət etsin!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol