• $
  • €
  • ₽
  • ₺
  • £

Əhməd bəy Ağayevin vəfatından 82 il ötür

Əhməd bəy Ağayevin vəfatından 82 il ötür
19.05.2021 12:01
Aydın Balayev,
tarix elmləri doktoru 
 
Bu gün, mayın 19-u türk-islam dünyasının böyük mütəfəkkiri, Ə. Cəfəroğlunun təbirincə düsək, "təpədən dırnağa qədər bir Azəri Türkü olan, ölüncəyə qədər Qarabağ şivəsini belə dəyişməyən” Əhməd bəy Ağaoğlunun anım günüdür. Şuşa milli mədəniyyətimizə yetərincə dahi sənətkarlar bəxş etsə də, hər bir azərbaycanlı üçün müqəddəs olan bu şəhər mənim üçün ilk növbədə Əhməd bəyin vətənidir. Ən azından ona görə ki, Şuşa vaxtilə hərbi istehkam və müdafiə qalası kimi yaradılıb. Və mövcud reallıqlar göstərir ki, yaxın perspektivdə Şuşa sözün birbaşa mənasında alınmaz qala olaraq qalmalıdır. Çünki Şuşa bu gün də ermənilər və onların havadarları ilə mübarizənin ön səngəri olaraq qalmaqdadır. Sabah  və ya birisi gün bu durumun dəyişəcəyinə inam çox azdır.

Ermənilər və xalqımızın digər düşmənləri ilə mübarizə dedikdə isə, göz önünə ilk növbədə Əhməd bəy gəlir. Ə. Ağaoğlunun təkcə 1905-1909-cu illərdəki fəaliyyəti və xidmətləri, onun adının milli tariximizə qızıl hərflərlə əbədi həkk olunması üçün bəs edərdi. 1905-ci ilin fevralında başlanan erməni-mü¬səlman qırğınları ilə əlaqədar bədxah qonşularımızın yaratdığı informasiya blokadasını Peterburq mətbuatındakı yazıları ilə ilk olaraq yaran, 1906-cı ilin fevralında Tiflis sülh konfransında huşunu itirənədək mübarizə aparan və daşnak luderlərinin qarşısından bir addım belə geri çəkilməyən, Qafqaz canişininin Bakı kəndləri əhalisinin deportasiyası və Abşeronun faktiki olaraq "Böyük Ermənikəndə” çevrilməsi planlarına qarşı çıxa¬raq, onların gerçəkləşməsinə imkan verməyən, qurucusu olduğu "Difai” partiyasının rəh¬bəri qismində daşnak quldurları və onların rus himayədarlarına qarşı silahlı mübarizəyə başçılıq edən və ən əsası isə, Azərbaycan cəmiyyətində milli məfkurə toxumlarını səpərək, soydaş¬larının bir millət olaraq formalaşması prosesinə dəstək verən məhz Ə. Ağaoğlu olmuşdur.

Belə gərgin fəaliyyət nəticəsində, 1907-ci ilin yayında Əhməd bəyin səhhətində ciddi problemlər yarananda, o, müalicəsi üçün 500 publ pul tapmayıb, 12%-ə borc götürmək məc-buriyyətində qalanda və redaktoru olsuğu "İrşad” qəzeti maliyyə çətinlikləri ucbatından bağ-lanmaq təhlükəsi ilə üzləşəndə, hər şeyə gülüş və tənqid obyekti kimi yanaşan Mirzə Cəlil belə dözməyərək, "Molla Nəs¬rəd¬din” jurnalının səhifələrində soydaşlarına xitabla yazırdı: "Ar və eyib deyilmi bu! Əgər bir kəs moltanıya belə qulluq etsə, əqəllən müalicə pulundan möhtac olmazdı! On dörd ildən bəri cənab Ağayev kimə qulluq edir? Bizə deyilmi?! Hankı bədəni, hankı əsəbləri, hankı qanı müalicə etdirir?! Haman o bədəni, o əsəbləri, o qanı deyilmi ki, bizim yolumuzda fəda edib?! Təkcə son üç ildə Ağayev çəkdiyini yad-bud edək! Millətimiz bəlayi-nagəhanə düçar olduğu günlər Tiflisə, Peterburqa, cürbəcür məclislərə, millət işlərinə haman Ağayevi göndərmirdikmi! Buna da kifayət etməyib, tərəfi-mü¬qabilin yazdıqları mətləblərə paytaxt və Qafqaz qəzetələrində cavablarını genə haman Ağayevdən gözləmirdikmi!? Bəli! O vaxtlar onun yazdıqlarını, onun nitqlərini oxuyub xoşumuz gə¬lirdi, afərin deyirdik, ürəyimiz arxayın olurdu! Pəs şimdi?! Yox! Yox! Ağayev öz borcunu, öz vəzifəsini millətə nisbət axıra və hətta gücündən artıq əncama gətirib! Onun bəyannaməsi ürək qanı ilə yazılmış bir nalədir! Təngə gəlmiş və yorulmuş bir ruhun əfğanıdır!!! Ağayev əlindən gələni edib! Hər qapını dö¬yüb, hər kəsdən kömək istəyib! Axirüləmr heç yerdən, heç kəsdən bir mədəd görməyib, naümid olub işdən geri durmuş!

Lakin əsl günah, əsl eyib biz müsəlman ürəfa və danişməndlərində deyilmi? Biz günahkar deyilikmi ki, Ağayevi meydani-mübarizədə tək qoyub vaxtında köməyə gəlmədik?! Ağayevin bəyannaməsi bizim üçün böyük bir tənbehnamə deyilmi?! Haman bu bəyannamə bizim və millətimizin vicdan insafının üzərində dünyalar durduqca daimi bir damğa olmayacaqmı?!

Müsəlmanlar!

Oxudunuzmu və yainki eşitdinizmi Qafqazda və Rusiyada çap olunan xarici qəzetlərdə "İrşad”ın bağlanması xüsusunda yazılan məqalələri?! Oxudunuzmu, eşitdinizmi bizə xaricilər tərəfindən olan məzəmmətləri, töhmətləri?! Və əgər oxudunuzsa, eşitdinizsə sizin qeyrət və namusunuz bunlara tab gətirəcəkmi?!
Məgər bizdə o qədər qeyrət və namusi-milliyə olmayacaq ki, əqəllən bu töhmətlərin, bu məzəmmətlərin altından çıxaq və aləmə sübut edək ki, bizdə də qeyrət, həmiyyət var!”

Bunun ən yaxşı sübutu isə Əhməd bəyin dünyaya göz açdığı Şuşada onun ev muzeyinin yaradılması olardı. 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol