Həmidə Ömərovaya yeni vəzifə verildi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti Həmidə Ömərova AKİ-nin katibi seçilib.
Anews.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə AKİ-dən məlumat verilib. Bildirilib ki, ittifaqın belə bir addım atmasının əsas səbəbi kinoaktyorların rastlaşdığı problemlərlə daha yaxından tanışlıq və problemlərin həlli üçün təşəbbüslər göstərmək üçündür.
"Kinoaktyorların işsizlik və qonorarların aşağı olması, əmək hüquqlarının pozulması belə problemlərdəndir. Bu problemlərin həlli istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüslərindən biri "Tədris Kinoaktyor Teatr"ının yaranmasıdır. İttifaq bu işi Həmidə xanımın sədr olduğu Kinoaktyorlar Gildiyası ilə birlikdə reallaşdırmaq niyyətindədir", - məlumatda bildirilib.
Qeyd olunub ki, "Tədris Kinoaktyor Teatr" layihəsinin əsas məqsədi aktyorların peşəkarlıq səviyyəsini artırmaqla yanaşı, eyni zamanda yeni nəsil aktyorların işsizlik problemlərini aradan qaldırmaqdan ibarət olacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər