Bacısı Şamil Famillinin ölüm səbəbini açıqladı (VİDEO)

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Şamil Familli vəfat edib.
Qaynarinfo-nun xəbərinə görə, onun ölümünün səbəbi ilə bağlı bacısı Lalə xanım ARB-də yayımlanan "Elgizlə izlə” verilişinə qoşularaq məlumat verib.
O bildirib ki, mayın 31-də səhər saatlarında onun ürəyi tutub:
"Tibb bacısına zəng edərək, gəlib onun təzyiqini ölçməsini xahiş edib. 10 dəqiqə içərisində tibb bacısı gəlib, ancaq qapını açan olmayıb.
Mənə ayın 1-i axşamçağı zəng etdilər ki, nigaran qalmışıq, Şamil telefonları açmır. Mən də zəng etməyə başladım, ancaq telefonları açan olmadı. Oğlumu, gəlinimi göndərdim ki, mənə Şamildən xəbər gətirin. Onlar mənə zəng etdilər ki, təcili gəl, biz Şamili itirmişik”.
Qeyd edək ki, Ş.Familli AzTV və Lider TV-də fəaliyyət göstərib. O, bir müddət əvvəl ARB TV-də yayımlanan "Bazar düzü” verilişinin aparıcısı olub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər