Misirli jurnalist Xarıbülbüldən yazdı

Misirin nüfuzlu "Əl Əhram” qəzetində jurnalist Mahmud Diabın "Xarıbülbül sadəcə çiçək deyil. Qarabağın yaşayan əfsanələri” sərlövhəli məqaləsi dərc olunub.
"Qafqazinfo" xəbər verir ki, bu yaxınlarda Azərbaycanın mədəniyyət paytaxtında olmuş misirli jurnalist yazır:
Müəllif qədim Şuşada Xarıbülbüllə bağlı öyrəndiyi xalq əfsanələrindən bəhs edir. O diqqətə çatdırır ki, bölgənin rəmzinə çevrilmiş bu çiçəyin təsviri qədim Azərbaycan xalçalarında, habelə ölkənin milli valyutasında əks olunub.
Məqalədə qeyd edilir ki, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident İlham Əliyevin göstərişi ilə 32 il əvvəl keçirilən "Xarıbülbül” festivalı yenidən təşkil olunub. Bu mötəbər tədbir beynəlxalq nüfuz qazanıb və hələ SSRİ dövründə ən mühüm mədəniyyət hadisələrindən biri olub. Bu il Novruz tonqalının da qalandığı festival xüsusi koloriti ilə fərqlənib, klassik musiqidən tutmuş folklor nümunələrinə qədər geniş spektrdə incəsənət örnəkləri təqdim edilib. Tədbirdə əvvəllər festivalda çıxış etmiş Azərbaycanın görkəmli xanəndələri Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova və digərlərinin mahnıları səsləndirilib.
Yazının sonunda vurğulanır: "Xarıbülbül çiçəyi və onun adını daşıyan festival füsunkar təbiəti, təmiz havası, dünyada analoqu olmayan Şuşaya qayıdışın, onun qədim şöhrətinin bərpasının rəmzi oldu. Bu şəhərə gələn qonaqlar onu tək etmək istəmirlər. Əfsanələr isə onların yaddaşında əbədi olaraq qalır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















