Əməkdar artist vəfat edib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansablının rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kaykep Aliyeva vəfat edib.
Əslən Qarabağdan olan K. Aliyeva 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edib, Azərbaycan diasporasında fəal çalışıb, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədib. K. Aliyevanın xidmətləri nəzərə alınaraq, o, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar artist" fəxri adına layiq görülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 2016-cı ildə "Dostluq” ordeni ilə mükafatlandırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















