Ali Teatr məktəbinin yaradılması təklif olunur

Azərbaycan Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə yaradıcı heyət arasında Sumqayıt Dövlət Dram Teatrında görüş keçirilib. Görüş zamanı "Teatr kollektivinin fəaliyyətinə yeni baxış” mövzusunda fikir mübadiləsi aparılıb.
www.anews.az
Nazirlikdən Anews.az-a verilən məlumata görə, İctimai Şuranın sədri Gəray Əlibəyli bildirib ki, biz milli mədəniyyətimizin müasir inkişaf konsepsiyasına yönəlik bütün təklif və ideyaları dəstəkləyir, bu işlərin gerçəkləşməsi üçün təkliflərimizi Nazirliyin rəhbərliyinə təqdim edirik. Mədəniyyət Nazirliyinin internet səhifəsində İctimai Şura bölməsi yaradılacaq və nəticədə təkliflərin daha operativ şəkildə rəhbərliyə çatması təmin ediləcək.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Milli teatrın yeni mərhələdə təşəkkülü, müasir Azərbaycan teatr modelinin qurulması üçün təkliflər paketini Nazirliyə göndərdiyi barədə məlumat verdi. Eyni zamanda direktor onu da qeyd etdi ki, aktyorların sənətkarlıq məharətini yüksəltmək üçün Mədəniyyət Nazirliyinin nəzdində Ali Teatr məktəbinin təsis edilməsi daha effektiv olar.
Sonda Azərbaycan Respublikasıın Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli görüşün əhəmiyyətini, habelə bu qəbildən olan görüşlərin effektliyini vurğuladı və bildirdi ki, biz İctimai Şura olaraq, bütün təklif və təşəbbüsləri təhlil edir və Mədəniyyət Nazirliyinin rəhbərliyinə təqdim edirik.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















