• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan radiosunda Nərimanovun əsəri səsləndiriləcək

Gürcüstan radiosunda Nərimanovun əsəri səsləndiriləcək
18.11.2021 20:00
"Gürcüstanın səsi” radiosunda Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun "Bahadır və Sona" pyesi gürcü dilində səsləndiriləcək.
 
Anews.az xəbər verir ki, layihə "SOCAR Energy Georgia” şirkəti və "TV24” mediaholdinqinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək.
 
Gürcüstanın radio dinləyiciləri azərbaycanlı yazıçının əsəri ilə 107.9 FM dalğasında 6 ay ərzində Kote Marcanaşvili adına Dövlət Dram Teatrının aktyoru Zviad Sxitladzenin təqdimatında tanış ola biləcəklər.
 
Radionun efirində həmçinin N.Nərimanovun həyat və yaradıcılığı ilə bağlı azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə canlı müzakirələr də aparılacaq. Layihə çərçivəsində ədiblə bağlı bioqrafik veriliş də hazırlanacaq və "TV24”ün efirində yayımlanacaq.
 
Mediaholdinqin icraçı direktoru, Gürcüstanın əməkdar jurnalisti Badri Naçkebiya Tbilisidə keçirilən mətbuat konfransında bildirib ki, layihə gürcüləri Nəriman Nərimanovun yaradıcılığı ilə daha çox və yaxşı tanış etməyə imkan verəcək: "Nəriman Nərimanov Gürüstanda hər zaman çox sevilib. Bu görkəmli şəxsiyyət gələcəkdə də Gürcüstan və Azərbaycan arasında əsas dostluq simvollarından biri olaraq qalacaq".
 
Layihənin baş məsləhətçisi, Beynəlxalq Qafqaz Universitetinin assosativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyib ki, layihənin əsas məqsədi Gürcüstanda N.Nərimanovun yaradıcılığının təbliğ olunmasıdır. Onun sözlərinə görə, layihənin həyata keçirilməsinə artıq ötən həftədən başlanılıb.
 
A.İsayeva Gürcüstan ictimaiyyətinin "Bahadır və Sona" əsərini maraqla qarşılayacağına ümidvarlıq ifadə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol