• $
  • €
  • ₽
  • ₺
  • £

Misirin Hədəviyyə kitabxanasında tapılan divan Nizami Gəncəviyə aid deyil

Misirin Hədəviyyə kitabxanasında tapılan divan Nizami Gəncəviyə aid deyil
03.12.2021 08:57
Misirin Hədəviyyə kitabxanasında Nizami təxəllüsü ilə  türk dilində yazılmış divan iddia edildiyi kimi Nizami Gəncəviyə deyil başqa şairə aiddir. Bunu filologiya elmləri üzrə fəlsəfə doktoru, Nizamişünas alim, "Daragchi” nəşriyyatının rəhbəri Rustamjon Djabbarov bildirib. 
 
"Araşdırmalar nəticəsindəbu divanın  Nizami təxəllüslü  başqa birinə məxsus olması barədə məlumatlar əldə etdim. Faktlara əsaslansaq görərik ki, ədəbi yaradıcılıqda Nizami təxəllüsü ilə yazan şairlər çox olub. Əgər Nizami əsl türk şairi, türkcə əsərlər yazmağa malik olan bir şəxs olubsa mütləq o türkcə yazıb. Axsitana yazdığı məktubundan da bunu görmək olar ki, o türkcə yazmağa malik bir şair idi. Lakin dahi şair bunu edə bilmir və çox məyus olur. Türkcə söz yazmağın ona aid olmadığını deyir. Hətta bunu öz oğluna da bildirir. Əlişir Nəvai bu barədə öyrənir və  özünün "Leyli və Məcnun” əsərində qeyd edir ki, Nizami bu işi o dövrün tələbinə görə yerinə yetirə bilmədiyi üçün  bunu ilk mən etdim və bununla türklərə, türk ədəbiyyatına töhfə vermiş  oldum”,  deyə Djabbarov qeyd edib.
 
Özbəkistan alimi  Nizaminin əsərlərinin nəinki Nəvai, digər yazıçıların əsərləri üçün də ilham mənbəyi olduğunu və bunu Nizaminin necə dahi şair olduğuna nümunə kimi gördüyünü diqqətə çatdırıb.
 
Fidan Salmanova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol