“Azərbaycan musiqi inciləri” adlı kitab nəşr olunub

"Azərbaycan musiqi inciləri” – "Music Pearls of Azerbaijan” adlı musiqi (not) kitabı nəşr olunub.
Azərbaycan Diasporuna Dəstək Fondundan verilən məlumata görə, fondun maliyyə dəstəyi ilə ərsəyə gələn bu kitabın çap olunmasının əsas məqsədi Azərbaycan bəstəkarlarının musiqisini xaricdə tanıtmaq, onları digər ölkə ifaçılarının repertuarına daxil etmək üçün təbliğ etməkdir. Burada piano, nəfəsli alətlər və vokal ifa üçün nəzərdə tutulmuş bir sıra əsərlər yer alıb.
Vurğulanacaq digər əsas məqam mətnlərin ingilis dilində tərtib olunmasıdır. Mətn dilinin bu qaydada seçilməsi tanıtım dairələrinin daha da geniş olmasına imkan yaratmış olacaq.
Təqdim olunan layihənin rəhbəri - Türkiyədə yaşayan musiqiçi Vüqar Qurbanov, kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsli, layihənin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur. Kitabın dizaynı Kamran Nəcəfova, əsərlərin kompyüter yığımı Yavər Nemətliyə aiddir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















