“Həyat yoldaşımla intihar etmək qərarına gəldik”

Müğənni Cavad Rəcəbov vaxtilə həyat yoldaşı ilə birgə intihar fikrinə düşdüyünü açıqlayıb.
"1975-ci ildə dostumla birgə bir ailəyə qonaq getmişdik. Orada indiki həyat yoldaşım Nuranə xanımı gördüm. Dostuma dedim ki, bu qıza vurulmuşam. Ondan telefon nömrələrini alıb zəng etdim. Danışmağa başladıq. Ailəsi xəbər tutdu. Onlar varlı ailə idi, mənsə toylarda nağara ifa edən biri. Mənə xəbər göndərdilər ki, sən hara, biz hara? Bu işdən əl çək, amma biz yolumuzdan dönmədik. Ard-arda hədələndim. Məni döydürdülər. Ölümlə hədələnirdim, hətta bir dəfə yük maşını ilə mənim idarə etdiyim avtomobilin üstünə sürdülər. Nuranə xanımla qərara gəldik ki, intihar edək. Gün də təyin etmişdik. Ailəsi bu planımızdan xəbər tutdu. Bizə xəbər göndərdilər ki, intihardan əl çəksinlər, biz fikirləşərik. Nəhayət 1981-ci ildə evləndik”, - deyə ifaçı bildirib.
www.anews.az
"Qafqazinfo” xəbər verir ki, o, bu barədə ARB TV-də yayımlanan "Onun Sirri” verilişində qonaq olarkən danışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















