Rəsulzadə haqqında yeni kitab nəşr olunub

"I Beynәlxalq Rәsulzadә Qiraәtlәri. Mәhәmmәd Əmin Rәsulzadәnin irsi Müstәqilik, Demokratiya vә Dövlәtçilik dәyәrlәri sistemindә” kitabının tәqdimat mәrasimi keçirilib.
Kitab tarix elmlәri doktoru, professor Solmaz Rüstәmova -Tohidinin redaktorluğu ilә nәşrә hazırlanıb vә "Rәsulzadә ev muzeyi” İctimai Qrupu tәrәfindәn nәşr edilib.
Kitabda "Beynәlxalq Rәsulzadә Qiraәtlәri. M.Ə.Rәsulzadә irsi Demokratiya, Müstәqillik vә Dövlәtçilik dәyәrlәri sistemindә” adı altında iki ildәn bir keçirilmәsi nәzәrdә tutulan beynәlxalq konfranslar silsilәsindәn 2020-2022-ci illәri әhatә edәn "I Beynәlxalq Rәsulzadә Qiraәtlәri”nin materialları toplanıb. 11 ölkәdәn 40 nәfәr alim vә tәdqiqatçının 4 dildә elmi vә publisistik mәqalәlәrindәn, elәcә dә sәnәd tәqdimatı-araşdırmalarından ibarәt olan kitabın 5 bölümündә M.Ə.Rәsulzadәnin ictimai, siyasi vә dövlәt xadimi kimi fәaliyyәti, milli modern dövlәt quruculuğu konsepsiyası, Azәrbaycançılıq ideologiyası, Demokratiya, Azad Cәmiyyәt, Vәtәndaşlıq, İnsan haqları anlayışları, Qafqaz birliyi, Türk birliyi vә d. mәsәlәlәrә dair ideoloji, siyasi, ictimai, dini baxışları, İran, Türkiyә, Ukrayna vә Avropa ölkәlәrindә siyasi-ictimai hadisәlәrә münasibәti vә d. mәsәlәlәr araşdırılır, Azәrbaycan dili, әdәbiyyatına dair fikirlәri, Nizami Gәncәvi haqqında әsәri, mәdәni irs, millәt, dövlәt vә mәdәniyyәt anlayışlarına kulturoloji baxışları tәdqiq olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















