Yeni yaradılan kino agentliyi milli kinomuza nə verəcək?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” fərman imzalayıb. məqsəd Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsidir.
Agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Bəs görəsən yeni yaradılan Kino Agentliyi kino sahəsinə nə kimi dəyişiklər gətirəcək?
Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç deyir ki, yeni yaradılan agentliyin fəaliyyəti kino sahəsində irəliləyiş yarada bilər. .
"Kino agentliyi kinonun müstəqilliyinə işıq saçacaq.Özəl kino şirkətləri agentliklə parelel çalışaraq, daha uğurlu işlər ortaya qoya biləcək. Hazıırda bu nəzəri olaraq yaradılıb. Agentliyin struktur və fəaliyyəti tam açıqlanmayıb. Kino şöbəsi səviyyəsindən agentlik səviyyəsinə qalxması yaxşı haldır. Yəqin ki, daha effetkli kinoların ərsəyə gəlməsinin şahidi olacayıq", - rejissor vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər