Musiqiçi Abbas Nikrəvan həbsxanadadır

İran Azərbaycanının Salmas şəhərindən olan musiqiçi və mədəni fəal Abbas Nikrəvan həbsxanadadır. Bu barədə ölkənin HRA xəbər agentliyi məlumat yayıb.
www.anews.az
Mədəni fəal Abbas Nikrəvana İkinci Cinayət Məhkəməsi tərəfindən 91 günlük həbs cəzası verilib.
Nikrəvan Salmas "sosial media üzərindən İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə mühakimə olunmuşdu.
Abbas Nikrəvan ötən ilin sentyabrın 5-də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və İranın Urmiyə şəhərindəki kəşfiyyat idarəsinin təcridxanasına köçürülmüşdü.
O, bir müddət kəşfiyyat idarəsində dindirilib və sonra isə Urmiyə Mərkəzi Həbsxanasına aparılıb. Həmin ilin sentyabrın 22-də 600 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılan Nikrəvan apardığı mədəni fəaliyyətlərindən dolayı dəfələrlə İran hökuməti tərəfindən həbs edilib.
Abbas Nikrəvan 2018-ci ilin iyul ayının 5-də Şərqi Azərbaycan vilayətinin Kəleybər şəhərində yerləşən Bəz (Babək) qalasında keçirilən qurultay ilə bağlı həbs edilib və təxminən bir həftə sonra girov müqabilində sərbəst buraxılmışdı. Onun 2015-ci ildə Qoşaçay şəhərində təşkil etdiyi xeyriyyə məqsədli bir konserti də İran hökuməti tərəfindən ləğv edilib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















