• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada V Xarıbülbül Festivalı KEÇİRİLƏCƏK

Şuşada V Xarıbülbül Festivalı KEÇİRİLƏCƏK
10.05.2022 19:23
Mayın 12-dən 14-ə qədər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək.

Nazirlikdən  verilən xəbərə görə, 1989-1991-ci illərin may ayında Şuşa şəhərində və digər Qarabağ bölgələrində keçirilən beynəlxalq musiqi festivalı 30 illik fasilədən sonra 2021-ci ilin 12–13 may tarixlərində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edilib.

1989-cu ildə baş tutan I festival Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunub.


Festivalda yerli ifaçılarla yanaşı, Qırğızıstan SSR, Qazax SSR, Başqırd MSSR, Litva SSR və Belarus SSR-dən musiqi kollektivləri də təmsil olunub. Ümumilikdə festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydanında tikilmiş 7 məkanda keçirilib. Tədbirin ilk günü Qarabağ atları üzərində yarışlar və güləş yarışları ilə də yadda qalıb. Birinci festivalın tamaşaçıları əsasən Şuşa sakinləri olub.


1990-cı ildən "Xarı Bülbül” festivalı beynəlxalq status alıb. Buraya Hollandiya, Almaniya, İsrail, Türkiyə kimi xarici ölkələrdən folklor qruplarının dəvət olunması ictimaiyyətdə böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə bağlı Şuşada ağır vəziyyət yarandığından əsas konsertlərin Ağdam ərazisində təşkil olunmağa başlayıb, eləcə də Bərdə və Ağcabədidə də bəzi konsertlər baş tutub. Ümumilikdə festivalda dünyanın müxtəlif ölkələrindən 170-ə yaxın insan iştirak edib.


3-cü festival 1991-ci ildə keçirilib. Bu tədbirdə 25 ölkədən 300-ə yaxın insan iştirak edib. Əvvəlki illərin iştirakçı ölkələri sırasına Amerika və Avstraliyadan olan rəssamlar da əlavə edilib. Tamaşaçıların çoxluğu səbəbindən festival çərçivəsində stadionlarda da konsertlər baş tutub.

II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.

2021-ci ildə mayın 12-13-də Şuşanın Cıdır düzündə keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olunub, Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirilib. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xoru, həmçinin tanınmış vokal ifaçıları və digər solistlər çıxış edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol