160 nömrəli məktəbin şagirdi müsabiqə qalibi olub

"Bu kitabın rəssamı mən olsaydım” adlı rəsm müsabiqəsinin nəticələri elan edilib.
Müsabiqə TEAS Press Nəşriyyat Evinin "3 alma” uşaq ədəbiyyat bölməsinin təşkilatçılığı,Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, "ECAZ” (Art&Hobby Shop), "LİBRAFF”-ın tərəfdaşlığı ilə həyata keçirilib.
Müsabiqənin əsas qalibləri Gülər Müslümzadə, Zeynəb Hüseynzadə, Selcan İbrahimova, Səlimə Əliyeva,Mehriban Ələkbərli, Nərgiz Əliyeva və Aynur Ağayeva olublar. Bir neçə nəfərə həvəsləndirici mükafatlar verilib.
Müsabiqə uşaq və yeniyetmələrin yay tətilini səmərəli şəkildə keçirməyə fürsət yaratmaq, yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, mütaliəyə həvəsi artırmaq, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan klassiklərinin mədəni irsinin daha geniş təbliği məqsədilə təşkil olunur.
Müsabiqədə həm Azərbaycan dilli, həm də rus dilli oxucular iştirak edib.

Maqsud İbrahimbəyovun məşhur hekayələri hər iki dildə – "Uşaqlığın son gecəsi” və "Последняя ночь детства” adı ilə "3 alma” tərəfindən nəşr olunub. Müsabiqədə iştirak etmək üçün ən əsas şərt bu hekayələri oxumaq və kitabdakı hekayələrdən birinin məzmununa uyğun rəsm çəkmək idi.
Seçim zamanı uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər, müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüldü.

Bütün qaliblər 3 alma, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, "ECAZ” (Art&Hobby Shop), Orxan Qarayev tərəfindən dəyərli hədiyyə paketləri, sertifikat və təşəkkürnamə ilə təltif olunub.
27 – 29 sentyabr tarixlərində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində açıq qapı günü keçiriləcək, qaliblərin rəsmləri sərgilənəcək.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















