Xalq artisti beynəlxalq festivalda qalib oldu

Xalq artisti Qurban İsmayılov "Tallinn Black Nights” Film Festivalında "Ən yaxşı aktyor” nominasiyası üzrə qalib olub.
Xalq artisti "Mərmər soyuğu” filmindəki roluna görə festivalda mükafata layiq görülüb. Bu barədə sosial şəbəkədə layihənin prodüserlərindən olan Fariz Əhmədov məlumat yayıb.
Asif Rüstəmovun rejissorluəu ilə lentı alınan ekran işi uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən danışır. Uzun müddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.
"Mərmər soyuğu”nda baş rolları Xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əskərov və aktrisa Natavan Abbaslı canlandırır.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Baku Media Center və Fransanın "Arizona Films” şirkətlərinin birgə istehsalıdır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər