Heykəltaraş Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı seçilib

Azərbayann xalq rəssamı, məşhur heykəltaraş Natiq Əliyev Ştiqlits adına Sankt Peterburq Dövlət Rəsm-Sənaye Akademiyasının təsis etduyu "Dünya rəssamların gözü ilə" beynəlxalq sərgi müsabiqəsində heykəltaraşlıq nominasiyası üzrə laureat seçilib.
Ştiqlits adına Sankt Peterburq Dövlət Rəsm-Sənaye Akademiyasının təsis etdiyi "Dünya rəssamların gözü ilə" beynəlxalq sərgi müsabiqə hər il keçirilir və incəsnət aləmində ən mötəbər müsabiqələrdən biri sayılır. Müsabiqədə peşəkar heykəltaraş və rəssamlarla bərabər tələbələr də iştirak edir. Qaliblər müsabiqənin təşkilat komitəsi və 15 nəfərdən ibarət münsiflər heyəti tərəfindən seçilir.
Bu il müsabiqə 21 fevral - 14 mart tarixləri arasında baş tutub. Müsabiqəyə Ştiqlits Akademiyasının tələbə və müəllimləri, eləcə də 24 ölkədən rəssam və dizaynerlər qatılıb. Müsabiqə onlayn və oflayn formatlarda keçirilib, 749 iş təqdim olunub, onlardan münsiflər heyətinin üzvləri açıq səsvermə yolu ilə hər nominasiya üzrə 4 qalib seçiblər.
İştirakçılar arasında İtaliya, İspaniya, Çindən olan məşhur rəssam və heykəltaraşların da əsərləri olub.
Müsabiqənin bu il lauretaı olmuş mşhur heykəltaraş Natiq Əliyev 2008-ci ildən Rusiya rəssamlıq akademiyasının fəxri üzvü,2005-ci ildən isə Azərbaycan Respublikasının xalq rəssamıdır.
O, 40-dan çox abidə və memorial lövlənin müəllifidir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















