Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR

Bakıda İçərişəhər "Mədinə Qalereyası"nda "FantazEU 2023" festivalı çərçivəsində "Avropanın rəngləri" sərgisi təşkil edilib.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunan sərgidə xanım rəssamların Avropa dəyərlərini əks etdirən rəsm əsərləri nümayiş etdirilir.
Sərgidə Ağsu, Bakı, Gəncə, Zaqatala və Şəki də daxil olmaqla, ölkənin müxtəlif bölgələrindən olan rəssamların işləri nümayiş etdirilir.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, "FantazEU 2023" festivalı Avropanın mədəni irsini nümayiş etdirən illik ənənəyə çevrilib.
Onun sözlərinə görə, Aİ və Azərbaycan arasında əməkdaşlıq mədəniyyət və incəsənət əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Onun sözlərinə görə, bu tədbir təkcə incəsənət və yaradıcılıq barədə deyil, məqsəd qadınların səlahiyyətlərini artırmaq, bacarıqlarını inkişaf etdirmək və daha inkluziv mədəniyyət səhnəsi yaratmaqdır.
"İncəsənət insanları bir araya gətirən unikal metoddur və bugünki sərgi bunun mükəmməl nümunəsidir", deyə o bildirib.
Səfir həmçinin bildirib ki, sərgi xüsusən Azərbaycan qadınlarının Avropanı necə gördüyünü daha yaxından tanımağa şərait yaradacaq.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















