İsveçrəli müğənni Sofi de Kua Bakıda konsert verəcək

İsveçrəli müğənni Sofi de Kua Bakıda bu ölkənin Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Rəşid Behbudov Mahnı Teatrında konsert
verəcək.
O, İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması məqsədi ilə dünya turu
çərçivəsində Bakıda səhnəyə çıxacaq.
O, daha böyük konsert proqramı ilə sentyabrın 19-da saat 20.00-da Atelier 61 Tədbirlər Zalında çıxış edəcək.
Bu
konsert üçün biletləri şəhər satış məntəqələri və ya iticket.az saytından əldə etmək olar.
Sofi həmçinin 19 sentyabrda Azərbaycan Milli Konservatoriyasında təlim keçəcək.
İsveçrədə doğulan Sofi de Kua Sinqapur və Nyu-Yorkda böyüyüb. O, Parisdə musiqi məktəbini bitirib,
Mandarin və Şanxay dillərində danışmağı və oxumağı öyrənib. Sofi öz musiqisindən və sözlərindən
mədəniyyətlər, nəsillər, düşüncələr, sadəcə insanlar arasında körpülər qurmaq üçün istifadə edir.
Azərbaycan onun çıxış etdiyi 16-cı ölkə olacaq. Çoxsaylı alətlərdə ifadə etmək bacarığına və istedadına
görə "Ahtapot adam” ləqəbi qazanan Simon Jakkardla birlikdə onlar Livan, İsveçrə, Belçika, ABŞ, Çin,
Hindistan, Sinqapur, Yaponiya, Yaponiya, Rumıniya, Polşa, Türkiyə, İtaliya, Fransa, İspaniya və Böyük
Britaniya kimi ölkələrdə çıxış ediblər.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















