Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...

Sevilən mahnıların müəllifi və ifaçısı, Sivva səhnə adı ilə tanınan bəstəkar və müğənni Sevinc Ağasıyeva istedadlı şair, yazıçı və tərcüməçi Cəlil Cavanşirlə növbəti iş birliyini təqdim edib.
Şair tərəfindən qələmə alınan "Nə isə olur belə şeylər” şeirinə eyni adlı mahnı bəstələnib və klip lentə alınıb. Ekran işində şairin elə özü də rol alıb.
"Mənim Cəlil Cavanşirə çox böyük hörmətim var. Artıq neçənci şeirlərinə mahnı bəstələyirəm. Biz düşündük ki, klipdə elə özü çəkilsin. Təklifimizi qəbul etdi. Düşünürəm yaxşı və keyfiyyətli iş alınıb. Xoş izləmələr – deyə Sivva bildirib.
Cəlil Cavanşir isə şeirin kimə ünvanladığını gizli saxlayacağını bildirib:
"Özü bilir kimə həsr etmişəm. (Gülür). Bu şeirin maraqlı taleyi var. Mən çox şadam ki, Sivvayla artıq ikinci layihəmizdir. Bundan əvvəl mənim "Keçmiş sevgilim” adlı şeirimə Sivva tərəfindən yazılan musiqi kifayət qədər maraqla qarşılandı və sevildi. İnanırıq ki "Nə isə” də belə olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















