• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin Mədəniyyət Marşrutu Festivalları 26 şəhərlə yeni mərhələyə qədəm qoyur

Türkiyənin Mədəniyyət Marşrutu Festivalları 26 şəhərlə yeni mərhələyə qədəm qoyur
20.04.2026 12:30

Türkiyə zəngin festival təqvimi və açıq hava tədbirləri ilə bu il də diqqət mərkəzindədir. Avropa Festivallar Assosiasiyasının (EFA) nüfuzlu üzvlərindən biri olan Mədəniyyət Marşrutu Festivalları 2026-cı ildə indiyədək ən geniş coğrafiyanı əhatə edərək 26 şəhərdə keçiriləcək. Aylarla davam edən bu silsilə tədbirlər həm yerli, həm də xarici auditoriyanı ölkənin mədəni irsi ilə daha yaxından tanış edəcək, onları fərqli bir mədəni səyahətə çıxaracaq.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin əsası 2021-ci ildə Beyoğlu Mədəniyyət Marşrutu Festivalı ilə qoyulub. Qısa müddətdə ölkə üzrə sürətlə genişlənən festival 2025-ci ildə artıq 20 şəhəri əhatə edərək 9 645 tədbir, 50 mindən çox sənətçi və ümumilikdə 180 günlük proqramla yadda qalıb. 2026 mövsümü isə miqyas baxımından yeni rekord vəd edir: festivalın müddəti 234 günə çatdırılır və tədbirlər 26 bölgəni əhatə edəcək.

Bu ilki proqram çərçivəsində Şanlıurfa, Aydın, Mersin, Eskişehir, Manisa, Trabzon, Samsun, Bursa, Sakarya, Van, Konya, Nevşehir, Malatya, Erzurum, Ordu, Çanakkale, Kayseri, Kahramanmaraş, Ankara, İstanbul, Qaziantep, Diyarbakır, Mardin, İzmir, Antalya və Adana şəhərlərində müxtəlif tədbirlər keçiriləcək. 2026 təqviminə ilk dəfə daxil edilən şəhərlər isə Aydın, Eskişehir, Kahramanmaraş, Mersin, Ordu və Sakaryadır.

Geniş proqramı ilə seçilən Mədəniyyət Marşrutu Festivalları Türkiyənin tarixi-mədəni irsinin təqdimatı baxımından mühüm platforma olmaqla yanaşı, ölkənin turizm potensialının tanıdılmasına da əhəmiyyətli töhfə verir.

2026-cı il buraxılışı aprelin 25-də Şanlıurfada start götürəcək, noyabrın 15-də isə Adanada yekunlaşacaq. 26 şəhəri əhatə edən bu geniş marşrut boyunca minlərlə tədbir keçiriləcək. Konsertlər, sərgilər, teatr tamaşaları, opera, müzakirələr və müxtəlif ustad dərsləri aylar ərzində Türkiyəni böyük bir mədəniyyət səhnəsinə çevirəcək.

Festival proqramında uşaqlara yönəlmiş tədbirlər də xüsusi yer tutur. Müxtəlif yaradıcılıq emalatxanaları, səhnə çıxışları, açıq hava oyun zonaları və maarifləndirici proqramlar vasitəsilə uşaqların incəsənətlə erkən yaşlardan tanışlığı təşviq olunacaq. Bütün tədbirlər yerli irsi ön plana çıxarmaqla Türkiyənin zəngin mədəni müxtəlifliyini nümayiş etdirəcək.

2026 proqramının əsas yeniliklərindən biri də qastronomiya istiqamətində təqdim olunan təşəbbüslərdir. Festivalın keçirildiyi hər bir şəhərdə kulinariya irsini daha dəqiq və autentik şəkildə təqdim etmək məqsədilə mütəxəssislərdən ibarət məsləhət şuraları yaradılacaq. Bu şuralar şəhərlərin əsas kulinariya məkanlarını müəyyənləşdirəcək, eyni zamanda hər bölgənin özünəməxsus dadlarını ön plana çıxararaq xüsusi qastronomik marşrutlar formalaşdıracaq.

Bununla yanaşı, hər vilayət üzrə “şəhər şefi” təyin ediləcək. Bu şeflər tədbir proqramının qastronomiya hissəsinin hazırlanmasına rəhbərlik edəcək və yerli mətbəxin tanıdılmasına töhfə verəcəklər. Belə yanaşma regional mətbəx mədəniyyətinin daha sistemli və təsirli şəkildə təqdim olunmasına imkan yaradacaq. Ziyarətçilər üçün isə ustad dərsləri, dadım tədbirləri və xüsusi hazırlanmış kulinariya marşrutları vasitəsilə daha interaktiv və yadda qalan təcrübələr təqdim ediləcək.

Festivalın tam təqvimi və ətraflı məlumatla rəsmi platformalar vasitəsilə tanış olmaq mümkündür.

Türkiyənin Mədəniyyət Marşrutu Festivalları dünyanın ən uzunmüddətli mədəniyyət və incəsənət tədbirlərindən biri statusunu qoruyub saxlayır. Anadolunun zəngin və çoxqatlı mədəni irsindən ilhamlanan bu layihənin zamanla ölkənin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulur.

Gələcək planlara görə, festivalın coğrafiyası daha da genişlənəcək. 2027-ci ildə Balıkesir, Denizli, Hatay, Kocaeli, Muğla və Tekirdağın da proqrama daxil edilməsi ilə şəhərlərin sayı 32-yə çatdırılacaq. Bu isə layihənin miqyasının daha da böyüməsi və Türkiyənin mədəni xəritəsinin daha geniş şəkildə təqdim olunması deməkdir.

Türkiyə Mədəniyyət Yolu Festivalları – 2026 Təqvimi
Şanlıurfa – 25 Aprel-3 May Van – 11-19 İyul Ankara – 19-27 Sentyabr
Aydın – 2-10 May Konya – 18-26 İyul İstanbul – 26 Sentyabr-4 Oktyabr
Mersin – 9-17 May Nəvşəhər – 1-9 Avqust Qaziantep – 3-11 Oktyabr
Əskişəhər – 16-24 May Malatya – 8-16 Avqust Diyarbəkir – 10-18 Oktyabr
Manisa – 30 May-7 İyun Ərzurum – 15-23 Avqust Mardin – 17-25 Oktyabr
Trabzon – 6-14 İyun Ordu – 22-30 Avqust İzmir – 24 Oktyabr-1 Noyabr
Samsun – 20-28 İyun Çanakkale – 29 Avqust-6 Sentyabr Antalya – 31 Oktyabr-8 Noyabr
Bursa – 27 İyun-5 İyul Kayseri – 5-13 Sentyabr Adana – 7-15 Noyabr
Sakarya – 4-12 İyul Qəhrəmanmaraş – 12-20 Sentyabr  

       

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol