• $
  • €
  • ₽
  • ₺
  • £

BP Milli İncəsənət Muzeyində 5 zalı yeniləyib – 100-ə yaxın rəsm əsəri nümayiş olunacaq

BP Milli İncəsənət Muzeyində 5 zalı yeniləyib – 100-ə yaxın rəsm əsəri nümayiş olunacaq
08.07.2026 15:41

 

BP-nin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində ümumi sahəsi 450 kvadratmetr olan 5 zal yenidən qurulub və müasir texnologiyalarla təchiz edilib. Layihə çərçivəsində muzey fondlarında saxlanılan 100-ə yaxın rəsm əsəri daimi və müvəqqəti ekspozisiyalarda nümayiş etdiriləcək. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib .

Onun sözlərinə görə, şirkət Azərbaycandakı fəaliyyətini yalnız neft-qaz layihələri ilə məhdudlaşdırmır.
 

BP təhsil, mədəniyyət və sosial sahələrdə həyata keçirdiyi layihələrlə ölkənin ictimai həyatına töhfə verməyə çalışır. Son illər şirkət mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirdiyi layihələrin sayını artırıb. Bu istiqamətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edilir və layihələr nazirliyin tövsiyələri nəzərə alınmaqla həyata keçirilir",- o vurğulayıb.

Bəxtiyar Aslanbəyli vurğulayıb ki, yeni layihədə immersiv texnologiyalardan istifadə olunması onu pilot layihəyə çevirir. Layihə uğurlu olacağı təqdirdə, bu təcrübənin gələcəkdə digər mədəniyyət ocaqlarında da tətbiqi nəzərdən keçirilə bilər.

O, layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə, muzey rəhbərliyinə və icraçı Nargis Solutions şirkətinə təşəkkürünü bildirib.

Aytac Zeynalova

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol