• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq Gününü qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq Gününü qeyd edib
02.10.2026 19:03

Hindistanın Azərbaycandakı Səfirliyi bu gün Bakıda yerləşən Səfirlikdə Mahatma Qandinin doğum günü və Beynəlxalq Qeyri-Zorakılıq Gününün qeyd etmək məqsədilə tədbir təşkil edib.

Tədbirdə Hindistan diasporu assosiasiyalarının rəhbər şəxsləri, Azərbaycandakı Hindistan icmasının üzvləri və Hindistan dostları iştirak ediblər.


Hindistanın Azərbaycandakı səfiri Zati-aliləri cənab Abhay Kumar iştirakçıların adından Mahatma Qandinin xatirəsinə gül dəstələri qoyaraq onun həqiqət, sülh və zorakılıqdan imtina ilə bağlı əbədi mesajlarını yad edib.
Çıxışı zamanı səfir Abhay Kumar Qandinin zorakılıqdan imtinaya sarsılmaz sadiqliyini vurğulayaraq qeyd edib ki, Qandi yalnız zorakılıqdan imtinanı təbliğ etməklə kifayətlənməyib, bütün həyatı boyu bu prinsiplərə əməl edib. O, Qandinin Hindistanın müstəqillik mübarizəsi dövründə belə zorakılığa qarşı çıxmasını, eləcə də Bölünmə zamanı icmalararası zorakılığın qarşısını almaq üçün şəxsi müdaxilələr və aclıq aksiyaları vasitəsilə göstərdiyi səyləri xatırladıb. Səfir həmçinin Qandinin fəlsəfəsinin bütün dünyada liderləri və müxtəlif hərəkatları ruhlandıraraq göstərdiyi qlobal təsiri qeyd edib.


Yaxın Şərqdə, eləcə də Rusiya ilə Ukrayna arasında davam edən münaqişələrə toxunan səfir münaqişələrin həllində dialoq və diplomatiyanın əhəmiyyətini vurğulayıb və Baş nazir Narendra Modinin “bu, müharibə dövrü deyil” mesajını xatırladıb. O qeyd edib ki, Qandinin sülh, tolerantlıq və zorakılıqdan imtina ilə bağlı mesajı müasir dünyada öz aktuallığını qoruyur.


Tədbir çərçivəsində Mahatma Qandinin həyatına və irsinə həsr olunmuş qısametrajlı sənədli film də nümayiş etdirilib. Filmdə onun həyat yolu, fəlsəfəsi, Hindistanın müstəqillik mübarizəsinə verdiyi töhfə və zorakılıqdan imtinanın qlobal ideyasına töhfəsi əks olunub.


Tədbir Hindistanın qlobal sülhə, dialoqa və fikir ayrılıqlarının dinc yolla həllinə sadiqliyini bir daha nümayiş etdirib, eyni zamanda Mahatma Qandinin zorakılıqdan imtina ilə bağlı zamansız fəlsəfəsinin universal əhəmiyyətini bir daha təsdiqləyib.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol