• $
  • €
  • ₽
  • ₺
  • £

“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib

“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
13.10.2026 09:35

Azərbaycan xalqının Vətən müharibəsindəki qəhrəmanlığına həsr olunan “44” bədii filminin təqdimatı keçirilib. Ekran əsərinin çəkilişlərinə 2500 hərbçi, 42 Xüsusi Təyinatlı Qüvvələr döyüşçüsü və 1100-dən çox epizodik rol ifaçısı cəlb olunub.

Filmin təqdimatı oktyabrın 12-də Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Təqdimatdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Filmin saundtreki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında səsləndirilib. Daha sonra ekran əsəri nümayiş etdirilib.

“44” filmi bir kursantın gözü ilə təqdim olunan qəhrəmanlıq və məhəbbət dramıdır. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır.

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn filmin istehsalı ssenarinin hazırlanmasından postprodakşn mərhələsinədək beş il davam edib.

Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub. Layihəyə müxtəlif istiqamətlər üzrə 198 mütəxəssis dəvət edilib. Əsas rollarda 32, epizodik rollarda isə 1143 aktyor çıxış edib. Kütləvi səhnələrdə 2000-dək şəxs iştirak edib. Aktyorlar arasında Vətən müharibəsi iştirakçıları da var.

Çəkilişlər Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşa da daxil olmaqla 130-dan çox məkanda aparılıb. Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb.

Ekran əsərinin istehsalında 150-dən çox hərbi texnika və xüsusi avadanlıqdan istifadə olunub. Çəkilişlərə tanklar, artilleriya sistemləri, döyüş helikopterləri, pilotsuz uçuş aparatları və digər hərbi vasitələr cəlb edilib.

Ümumilikdə 112 saatlıq çəkiliş materialının montajı bir il davam edib. Nəticədə 2 saat 38 dəqiqəlik film ərsəyə gəlib.

Filmin istehsalında 13 ölkədən mütəxəssislər iştirak ediblər. Kompüter qrafikası işləri ukraynalı mütəxəssislərlə birgə Estoniyanın “UMP” studiyasında aparılıb. Filmin postprodakşn, rəng korreksiyası və rəqəmsal görüntü emalı işləri isə Polşanın “FixaFilm” studiyasında həyata keçirilib.

Görmə imkanları məhdud tamaşaçılar üçün filmin tifloşərhli versiyası da hazırlanıb.

Filmin oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayişinə başlanacaq. Ekran əsərinin gələcəkdə xarici ölkələrdə nümayişi və beynəlxalq kinofestivallarda iştirakı da nəzərdə tutulur.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol