Rusiya Azərbaycanı nə ilə silahlandırıb? – RƏSMİ

Rusiyanın quru qoşunları üçün texnika və silahın xarici sifarişlər portfeli 12 milyarddan artıqdır.
Bu barədə Nijni Tagildə açılan "Russia Arms Expo-2015” (RAE) sərgisində Rusiya Strateji Təhlil və Texnologiyalar Mərkəzinin baş direktorunun müavini İqor Sevastyanov bildirib.
Oxu.Az bu barədə İTAR-TASS-a istinadən xəbər verir.
Mərkəzin məlumatına görə, Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana T-90C tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərir.
Qeyd edək ki, bu gün Rusiyanın Nijni Tagil şəhərində "Russia Arms Expo-2015” silah-sursat və hərbi texnika sərgisi başlayıb. Sərginin təşkilatçıları 65 xarici nümayəndənin sərgiyə qatılacağını bildirib.
Sərgidə T-14 tankları və BMP-15 də daxil olmaqla, Rusiya zirehli texnikasının ən yeni nümunələri nümayiş olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















