• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm Əsgərov işğalçılara boyun əymədi

Dilqəm Əsgərov işğalçılara boyun əymədi
01.03.2016 10:00
Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülmüş və qondarma "respublikanın” qondarma "məhkəməsinin” qərarı ilə ömürlük həbs cəzasına məhkum olunmuş azərbaycanlı Dilqəm Əsgərov növbəti dəfə separatçı rejimin rəhbərliyindən əfv istəməyib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, separatçılar bundan əvvəl də Dilqəmdən əfv olunması üçün müraciət etməsini istəmiş, lakin o zaman da rədd cavabı almışdılar.

Xatırladaq ki, ötən ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə doğmalarının məzarlarını ziyarət etməyə çalışarkən erməni əsgərləri tərəfindən girov götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə işğalçılar tərəfindən öldürülüb. H. Həsənovun cəsədi Azərbaycana təhvil verildikdən sonra o, Bakıda dəfn olundu.

Dağlıq Qarabağdakı separatçı rejimin qondarma "Məhkəməsi” Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il azadlıqdan məhrum edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol