• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin Xoşbəxt Yusifzadə ilə dialoqu

Prezidentin Xoşbəxt Yusifzadə ilə dialoqu
27.04.2017 12:35
Prezident İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

ANN.Az xəbər verir ki, ölkə başçısı neftçilərlə söhbət edib.  SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib:

- Bu il bizim 2 milyard ton hasilatımız olacaq. 1971-ci il martın 28-də neft hasilatı bir milyard ton olub. Həmin il aprelin 2-də Moskvada 24-cü qurultay keçirilib. Orada cənab Heydər Əliyev çıxış edərək deyib ki, Azərbaycan neftçiləri bir milyard ton neft çıxarıblar. Sonra Azərbaycana gəlib, aprelin 21-də Bakıda müşavirə keçirib. O müşavirədə SSRİ-nin neft sənayesi naziri Valentin Şaşin də, mən də iştirak etmişdik. Cənab Heydər Əliyev Azərbaycan neftçilərini təbrik etdi. Deməli, neftçilərimiz 1 milyardıncı ton nefti cənab Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hasil ediblər. İki milyardıncı ton neft isə Sizin hakimiyyətiniz dövründə hasil olunacaq. İndiyədək 1 milyard 971 milyon ton neft çıxarılıb. Bir milyard ton dənizdən, 971 milyon ton qurudan.

Prezident İlham Əliyev: Çox yaxşı.

Xoşbəxt Yusifzadə: O vaxt cənab Heydər Əliyev çıxışında demişdi ki, kiçik bir respublikanın qocaman neft sənayesinin tarixində 1 milyard ton neft çıxarılıb.

Prezident İlham Əliyev: Biz də gərək bunu qeyd edək.

Xoşbəxt Yusifzadə: İndi həmin respublika neft hasilatını 2 milyard tona çatdıracaq. Neftçilərimiz həm də 700 milyard kubmetr qaz hasil ediblər.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, yaxşı hadisə olacaq, biz də onu qeyd edəcəyik. Bu quyunun burada aşkarlanması da artıq tarixdir.

Xoşbəxt Yusifzadə: Bəli, tarixdir. Bu barədə film çəkməyə gəlmişdilər. Mən dedim ki, burada ilk quyu 1847-ci ildə qazılıb. Mənə dedilər ki, sənədin var? Yoxdur, burada hamımız bir-birimizdən eşitmişik. Onda komissiya sənədlərin hamısını qaldırdı.

Rövnəq Abdullayev: Cənab Prezident, arxivlərdə bütün sənədlər qaldırıldı.

Prezident İlham Əliyev: Bunlar arxiv sənədləridir?

Rövnəq Abdullayev: Bəli, arxiv sənədləridir.

Prezident İlham Əliyev: Biz gərək bunu dünyada yaxşı təbliğ edək. Çünki mən dəfələrlə demişəm ki, sənaye üsulu ilə ilk neft Azərbaycanda çıxarılıb, ancaq onun yeri dəqiq bilinmirdi. Ona görə mən tapşırıq verdim ki, o yer müəyyən olunsun. Əlbəttə ki, biz bilirdik bu, Bibiheybət ərazisində olubdur, ancaq indi onun yeri də dəqiqləşdi və gözəl bir abidə yaradıldı. Hesab edirəm ki, bu, həm neftçilər, həm də ölkəmizə gələn turistlər üçün çox gözəl hadisədir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol