• $
  • €
  • ₽
  • ₺
  • £

Putin yeni Azərbaycan diasporasının yaradılmasına razılıq verdi

Putin yeni Azərbaycan diasporasının yaradılmasına razılıq verdi
27.11.2017 08:04


Rusiya Federasiyasında bu yaxınlarda ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni struktur yaradılır.
Bu barədə virtualaz.org-un Moskva bürosuna ÜAK-ın Rusiya paytaxtı üzrə icraçı direktoru,  Azərbaycan mədəniyyətinin dirçəlişi və inkişafı fondunun direktoru Şamil Tağıyev məlumat verib.

Ş.Tağıyev Rusiyanın regionlarından olan Azərbaycan icmaları rəhbərlərinin Ümumrusiya Azərbaycan Konqresinin prezidenti akademik Fazil Qurbanova məktub ünvanladıqlarını və ona yeni yaranacaq təşkilata rəhbərlik etməyi təklif etdiklərini təsdiqləyib: "Onu son qurultayda seçiblər. Amma, əlbəttə, yeni təşkilatı nəzərə alaraq, yeni qurultay olacaq, yeni seçkilər keçiriləcək. Ancaq səmimi deyəcəyəm, Fazil Qurbanova alternativ tapmaq çətindir. O, həyatının çox hissəsini Moskvada yaşamış nüfuzlu insandır. Ona görə də yeni təşkilat qarşısında diaspora başçısının seçimi ilə bağlı məsələ yalnız formal cəhətdən durur”.

Ş.Tağıyev qeyd edib ki, yeni təşkilat ÜAK-ın bazasında yaradılacaq. Amma ümid edir ki, yenilənmələr də olacaq: "Çalışacağıq ki, peşəkarları cəlb edək. Çünki diaspora ilə iş yalnız restoranlarda konsertlərin və ya tədbirlərin keçirilməsi deyil. Bu – qeyri-formal diplomatiyadır və bununla onu bilən insanlar  məşğul olmalıdır”.

Yeni təşkilatın necə adlanacağına gəlincə, Ş.Tağıyev bildirib ki, hələlik ad təsdiq edilməyib: "Amma "köhnə-yeni" rəhbərlik – onun tərəfdarıdır ki, əvvəlki ad-ÜAK saxlanılsın. Bu mümkündür, axı əvvəlki Ümumrusiya Azərbaycan Konqresi artıq mövcud deyil, deməli, ÜAK-ı hüquqi cəhətdən yenidən qeydiyyatdan keçirmək olar”.

"Sizdə yeni ÜAK-la Rusiya rəsmi strukturları arasında problemlər yaranacağı baxımından qorxu yoxdur ki...” sualına cavab verərkən Ş.Tağıyev deyib: "Əgər təşkilat Ədliyyə Nazirliyi vasitəsilə qeydiyyatdan keçəcəksə, onda hər şey yaxşı olacaq”.

Qəti qərarın nə vaxt qəbul ediləcəyinə gəlincə, Ş.Tağıyev bir daha vurğulayıb ki, yeni təşkilatın yaradılması haqda qəti qərar artıq qəbul edilib: "Amma köhnə ÜAK-ın ləğvi ilə bağlı texniki detallar var. Ona görə də təşkilatın qeydiyyatı yarım ildən bir ilə qədər çəkə bilər. Axı bu, federal səviyyəli  strukturdur. Düşünürəm ki, hansısa nüansları Diasporla iş üzrə Azərbaycan Dövlət Komitəsi ilə də razılaşdırmaq lazım gələcək.
Bir daha vurğulayıram, biz kadrların tərkibinin ən azı 80 faiz yenilənməsinə ümid edirik ki, yeni təşkilat köhnə ÜAK-ın taleyini təkrarlamasın”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol