“Ermənistanın Naxçıvana ərazi iddiası...” – SENSASİYALI ETİRAF

"Naxçıvanda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi Dağlıq Qarabağdakı vəziyyətdən daha təhlükəlidir”.
Publika.az "Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu haqda tanınmış politoloq və münaqişələr üzrə təhlilçi, Rusiya Humanitar Universitetinin dosenti Sergey Markedonov bildirib.
"Qarabağ münaqişəsi xaricində ərazilər daha təhlükəlidir. Qarabağda heç olmasa Anjey Kasprşikin (ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi –red.) kiçik monitorinq missiyası var. Naxçıvana gəlincə, bu beynəlxalq-tanınmış sərhəddir”, - o deyib.
Politoloq hesab edir ki, Ermənistan Naxçıvanla bağlı hansısa iddia irəli sürmür: "Ölkənin daxilində millətçi söhbətlər var, amma bu, qeyri-ciddidir. Mən rəsmi kurs haqqında danışıram”.
Onun sözlərinə görə, əzələlərlə oyun baş verir və bu, təəccüblü deyil. Markedonov qeyd edib ki, status-kvo vəziyyəti Azərbaycanı qane etmir və onu dəyişdirmək istəyir.
Qeyd edək ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut” dağı və "Ağbulaq” yüksəkliyi , daha sonra isə "Qızılqaya” dağı və "Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək "Areni” qoyublar) nəzarət altına keçib.
Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















