Türk qırıcıları Bakıda: iki ordudan dünyaya mesaj

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda qardaş Türkiyənin həm qırıcıları, həm də 100 nəfərlik xüsusi təyinatlı əsgərinin iştirakı sosial şəbəkədə maraqlı müzakirənin səbəbinə çevrilib. Paraddan sonra iki ölkənin ittifaq dövləti yaratması ilə bağlı təkliflər səsləndirilib.
Məsələ ilə bağlı Axar.az-a danışan ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, Türkiyənin həm qırıcılarının, həm də hərbçilərinin paradda iştirakını çox yüksək qiymətləndirir:
"1918-20-ci illərdə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa idi. Orada Azərbaycan diviziyaları da var idi. Onlar birlikdə daşnak-bolşeviklərə qarşı vuruşub Bakını azad etdilər. Türkiyə parada qatılması ilə göstərdi ki, biz yenə də birlikdəyik və bir yerdə vuruşmağa hazırıq”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov isə Ali Baş Komandan İlham Əliyevin Ulu öndərin "bir millət, iki dövlət” ifadəsini Türkiyə ilə bağlı siyasətində əsas prioritet istiqamət kimi götürdüyünü bildirib:
"Bunun nəticəsidir ki, türk qırıcıları və əsgərləri Bakıdakı paradda Azərbaycan əsgəri ilə birgə iştirak edir”.
Ekspert vurğulayıb ki, Türkiyə bu paradda yüksək səviyyədə iştirakı ilə dünyaya bir mesaj verdi:
"Türkiyə Azərbaycana qardaş dövlət olduğunu bir daha nümayiş etdirdi”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















