İlham Əliyev iclas keçirdi - TAM VERSİYA

İyulun 8-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Anews.az-ın xəbərinə görə, dövlət başçısı nitqində 6 ayın yekunlarını müsbət qiymətləndirərək, ölkədə həyata keçirilən islahatların daha da dərinləşdirilməsinin, iqtisadi dayanıqlılığın tam təmin olunmasının vacibliyini vurğulayıb.
Prezident çıxışında vergi və gömrük orqanlarından böyük gözləntilərin olduğunu, bu qurumların və sistemin dünya standartlarına cavab verə biləcək səviyyəyə çatdırılmasının vacibliyini dilə gətirib.
O, həmçinin, korrupsiyanın qarşısının alınmasının, şəffaflığın təmin olunmasının, vergilərdən yayınma hallarının aradan qaldırılmasının, hər kəsin qanun qarşısında bərabər səviyyədə cavabdehlik daşıdığının siqnalını verib.
Dövlət başçısı məsuliyyətsizliyə, səhlənkarlığa, qanunsuzluğa yol verənlərlə də bağlı güzəştsiz mövqe tutulacağını, onların cəzalandırılacağanı bir daha diqqətə çatdırıb.
Oxu.Az həmin iclasın tam videoyazısını təqdim edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















