Səbaildə Eldar Əzizovu kim əvəz edir?

Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dünən yeni vəzifə verilib. Prezident İlham Əliyevin sərəncamı ilə o, Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər sərəncamla Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub.
Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov birinci müavin kimi həm də şəhər meri səlahiyyətini icra edəcək.
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.
Bəs Eldar Əzizovu Səbaildə kim əvəz edir?
BiG.AZ xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətindən modern.az-a bildirilib ki, hazırda icra başçısı səlahiyyətlərini müavin Abit Əliyev icra edir.
Qeyd edək ki, Abit Əliyev 2016-cı ildən Səbail Rayon İcra Hakimiyyətində başçının müavini vəzifəsində çalışır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















