• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident onlara mənzil verəcək - Nazirlik açıqladı

Prezident onlara mənzil verəcək - Nazirlik açıqladı
03.08.2018 12:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının növbəti təzahürüdür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, sərəncamla cari ildə əlavə olaraq minimum 300 mənzil alınmaqla, il ərzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə veriləcək mənzillərin sayı 500-ü ötəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinə xüsusi qayğısı bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da ildən-ilə güclənməsinə imkan verib.

Dövlət başçısı 1 avqust 2018-ci il tarixdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin, eyni zamanda Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə 136 avtomobilin təqdim olunması mərasimində son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, müharibə əlillərinə 6 mindən çox minik avtomobili verildiyini bildirərək deyib: "İlin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm”.

Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 avqust 2018-ci il tarixli sərəncam imzalanıb.

Sərəncam Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılmasını nəzərdə tutur.

Beləliklə, sərəncam ayrılacaq həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə əlavə olaraq minimum 300 mənzil alınmasına, nəticədə bu il ərzində 500-dən çox mənzilin əlil və şəhid ailələrinə təqdim olunmasına imkan yaradır. Bu da 2018-ci ildə nazirlik tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının (207 mənzil) 2,4 dəfə artırılmasına imkan verir.

Prezident İlham Əliyevin qeyd edilən sərəncamı Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliləyişə şərait yaratmaqla, ümumən ölkəmizdə sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol