Ermənilərdən növbəti TƏXRİBAT: Şuşada muzey yaratdılar - FOTOLAR

Şuşada ermənilər "Dövlət İncəsənət Muzeyi" yaradıb.
Unikal.org-un əldə etdiyi xəbərə görə, bədnam qonşumuz işğal etdikləri Azərbaycan torpağında yaratdıqları muzeyin ərazisini son illərdə bir neçə dəfə genişləndiriblər. Muzeyin ekspozisiyasında ermənilər mənimsədikləri Qarabağ torpaqlarından tapılan Azərbaycanın tarixi arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri erməni tarixi kimi təqdim edirlər. Bundan başqa, ermənilər bu ərzilərə qanunsuz turlar təşkil edirlər və xarici turistləri bir neçə ildir fəaliyyət göstərən muzeyə gətirərək burada olan nümunələri erməni tarixi eksponatları kimi nümayiş edirlər. İşğal olunmuş torpaqlarda qurulan separatçı rejimin rəhbərləri Qarabağa qeyri-qanuni dəvət etdikləri xarici nümayəndələri belə bu muzeyə aparmaqdan çəkinmirlər.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















