• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin Naxçıvanla bağlı ŞOK PLANI: KÖMƏK İSTƏDİLƏR

Ermənilərin Naxçıvanla bağlı ŞOK PLANI: KÖMƏK İSTƏDİLƏR
25.09.2018 14:04
İşğalçı Ermənistanın Azərbaycanın qədim diyarı Naxçıvana da iddialarının olduğu məlumdur. Xüsusilə populist Paşinyanın hakimiyyətə gəlişindən sonra işğalçı ölkədə "Naxçıvana hücum edək”, "Bu əraziləri ələ keçirək” çağırışları tez-tez səsləndirilir.

Publika.az xəbər verir ki, Ermənistan bu dəfə bir az da irəli gedərək, Naxçıvanın işğalı üçün İngiltərə kraliçası II Yelizavetadan kömək istəyib.

Erməniləri buna ruhlandıran məsələ kraliçanın müstəqillik günü münasibətilə Paşinyana göndərdiyi təbrik məktubu olub.

Kraliça məktubunda Ermənistanla İngiltərənin münasibətlərinə toxunub qeyd edib ki, "Bizim ölkələrimiz arasında sıx tarixi əlaqələr var və mən gözləyirəm ki, dostluğumuz və əməkdaşlığımız davam edəcək”.

Kraliçanın təbrikində Naxçıvan haqqında bəhs olunmur, dedikləri sözlər də daha çox təbrik protokolunda istifadə olunan ifadələrdir. Lakin ermənilər bu təbriki özlərinə məxsus formada şərh edərək, kraliçanın Naxçıvanı xatırladığını iddia edirlər.

"Ermənistan ərazisi 1921-ci ildə Türkiyə və Rusiya arasında bölünüb, bu müqavilənin 100 illiyi 2021-ci ildə başa çatacaq. I Dünya müharibəsi zamanı İngiltərə ilə ermənilər arasında çox yaxşı əlaqələr var idi. Həmin ərəfədə Naxçıvan bizim idi, sonradan onu Azərbaycan aldı. Kraliça həmin dövrü yada salmaqla Naxçıvana işarə edir”, - deyə Ermənistan mediası absurd şəkildə iddia edir.

Bu, olduqca gülməli səslənir, lakin qarşı tərəfdə ermənilərin olduğunu düşünəndə onlardan istənilən təxribatı gözləmək mümkündür. Təsadüfi deyil ki, kraliçanın təbrikini şərh edən Ermənistan mediası Naxçıvanın işğalında İngiltərənin onlara kömək etməli olduğunu yazırlar.

"Çünki ermənilər I Dünya müharibəsində ingilislərə kömək edirdi, indi də onlar bizə kömək etməlidir”, - deyə erməni jurnalistlər yazırlar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol