Çempionumuzdan Prezidentə müraciət: Cəza verilsin!

Tanınmış idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirli bilinən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Nərgiz Fərəcovanın vəkili Gülşən Salmanova çıxış edib.
O, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını qeyd edib və ona bəraət istəyib.
Məhkəmədə bildirilib ki, Fəridə Əzizova Prezident İlham Əliyevə ərizə ilə müraciət edib.
Ərizədə xahiş olunur ki, işə ədalətli baxılması təmin edilsin və dəymiş ziyan ödənilsin.
Prosesdə iştirak edən Fəridə Əzizovanın sözlərinə görə, oğurluq edilən mənzil ona prezident İlham Əliyev tərəfindən 2013-cü ildə hədiyyə edilmişdi: "Bu adamlar bunu bilə-bilə yenə də həmin evdən oğurluq ediblər. Mən xahiş edirəm ki, bu şəxslərə layiqli cəza verilsin”.
Növbəti proses oktyabrın 3-də davam edəcək.
Qeyd edək ki, prokuror Nicat İsrafilovun 8 il 6 ay və Nərgiz Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror zamində olan Nərgiz Fərəcovanın barəsində həbs qətimkan tədbirinin seçilməsini, onun məhkəmə zalından həbs edilməsini təklif edib.
İttihama görə, təqsirləndirilən şəxslər Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 35000 manat və 18800 dollar olan seyf oğurlayıb.
Fəridə Əzizova Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısıdır.
Nicat İsrafilov daha əvvəl də məhkumluq həyatı yaşayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















