• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat şurasının üzvü saxta sənədlər satdığına görə həbs edilib

Mətbuat şurasının üzvü saxta sənədlər satdığına görə həbs edilib
17.04.2020 11:57
Binəqədi qəsəbə bələdiyyəsinin sədri Niyaz Niftiyev həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.

N.Niftiyev rəhbərlik etdiyi qurumun Bələdiyyə gəlirlərinin və yerli vergilər şöbəsinin rəisi Sahib Abışovla birlikdə tutulub. Onlar xüsusi karantin rejimində sərbəst hərəkət etmək imkanı əldə etmək istəyənlərə saxta arayışlar verməkdə ittiham olunur. İddiaya görə, bələdiyyə sədri və şöbə rəisi birlikdə 431 nəfərə saxta arayış satıblar. Arayışlarda həmin adamların qəsəbə ərazisində meyvə-tərəvəz və başqa yeyinti məhsullarının satışıyla məşğul olduqları yazılıb.
Rəsmi məlumatda qeyd olunur ki, adları çəkilən şəxslər növbəti dəfə belə arayışları satanda yaxalanıblar. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi arayış satışı barədə daxil olan məlumat əsasında bələdiyyənin binasında əməliyyat keçirib. Bələdiyyə sədrinin tutulması barədə rəsmi məlumata onun xidməti otağında aparılmış əməliyyat çəkilişi də əlavə olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri, blankları saxtalaşdırma, qanunsuz hazırlama) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələrilə cinayət işi başlanıb. İstintaq araşdırmaları da da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.

Qeyd edək ki, Niftiyev  Mətbuat şurası idarə heyyətinin üzvüdür. Prezidentin sabiq köməkşisi Əli Həsənovun komandasının üzvü hesab edilən Niftiyev "Azadinform” informasiya agentliyinin baş redaktoru olub. O, "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” "Tərəqqi” medalı ilə təltif olunub.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol