Vladimir Putin İlham Əliyevlə Qarabağı müzakirə ETDİ

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Anews.az xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışğı zamanı tərəflər Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini və Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər. Dövlət başçıları Qarabağla bağlı yaradılan və ölkələrin baş nazirlərinin müavinlərinin təmsil olunduğu işçi qrupun fəaliyyətini pozitiv qiymətləndirib. Qeyd edilib ki, atəşkəs rejiminə tam riayət olunur, regionda vəziyyət stabil və sakitdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib























