• $
  • €
  • ₽
  • ₺
  • £

Dünən gecə baş verənlərin pərdəarxası:Azərbaycan razılaşdırılmış oyun qaydasının düzgün getmədiyin görən kimi tərs üzünü çevirib

Dünən gecə baş verənlərin pərdəarxası:Azərbaycan  razılaşdırılmış oyun qaydasının düzgün getmədiyin görən kimi tərs üzünü çevirib
09.04.2021 10:03
Gecə saatlarında "Erebuni" aeroportunda təyyarənin boş enməsinə görə təkcə terrorçuların ailələri peşman olmayıb, demək olar ki, Azərbaycan əvvəlcədən razılaşdırılmış oyun qaydasının düzgün getmədiyin görən kimi tərs üzünü çevirib.

Paşinyan - Putin görüşü, ardınca da Rusiya baş prokurorunun iki ölkəyə səfəri, nəhayət, Putinin Əliyevə zəngi, tərəflərin 10 noyabr razılaşmasına sadiq olmasını ifadə etməsi ilə hər şeyin yolunda olduğu görünür.

Proses o qədər rahat və yoluna görünürmüş ki, İrəvandan birbaşa Bakıya uçan təyyarə haqda ilk xəbəri Ermənistan parlamnetinin deputatı Srbuhy Grigoryan öz səhifəsində qeyd edir və bildirir ki, artıq təyyarə bir saata İrəvana enəcək.

Lakin az sonra məlum olur ki, sözügedən hava nəqliyyatında pilotlardan  başqa heç kim yoxdur. Hətta medianın aeroporta girişi belə qadağan edilir ki, gətirilənlərin kimliyi bilinməsin.

Razılaşma: 

İlkin razılaşmaya görə Azərbaycan tərəfi 15 erməni (iddia) terrorçusunu qaytamaq üçün razılığını bildirir (Qeyri-rəsmi məlumatdır), 
Amma qarşılığında 10 noyabr razılaşmasının 4-cü bəndinin tam icrasını (Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik beş illik müddətə artırılır.) tələb edir.

Təyyarənin Bakıdan qalxmasına az qalmış erməni adminstrasiyası sosial şəbəkələr vasitəsilə elan edir ki, Azərbaycan tərəfi 10 noyabr razılaşmasının 8-ci maddəsini (İlk versiya nəzərdə tutulur, düzəlişdən sonra 9-cu maddə), (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır.) yerinə yetirmir və ittiham tendensiyası başladır. 

Güman edirəm ki, bu, təyyarənin Bakı aerportundan qalxmasına dəqiqələr qalmış yaşanır və hətta ola bilsin ki, 15 nəfər erməni əsgəri təyyarəyə oturulubmuş.

Azərbaycan tərəfi onları qaytarmaqdan imtina edir və bu proseslər şübhəsiz  ki, sırf qapalı qapılar arxsında yaşanan proseslərdir.
Çünki terrorçularla bağlı proses yaşanmamışdan az əvvəl Azərbaycan XİN-i İKT nazirlərinin görüşündə bildirib  ki, Azərbaycan bütün savaş əsirlərini Ermənistana nəql edib.

Əziz Əlibəyli
STM Mətbuat Xidmətinin rəhbəri


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol