• $
  • €
  • ₽
  • ₺
  • £

Baydenin saxtakarlığı – ABŞ tarixinin qara ləkəsi

Baydenin saxtakarlığı – ABŞ tarixinin qara ləkəsi
25.04.2021 11:12
ABŞ dünyanın super gücü hesab edilir. Ancaq güc, haqlı olmaq anlamına gəlmir. Alıcılıq qabiliyyəti və dollar ilə neftin qiymətini, milli valyutaların məzənnəsini müəyyənləşdirən, münaqişələri həll etmək üçün söz sahibi olan bir dövlətin gücü həm də ədalətindən keçir. Lakin zaman ötdükcə məlum olur ki, ABŞ ədaləti barədə aparılan təbliğat daha çox mif, illüziya imiş.
Azərbaycan cəmiyyəti ştatların ədaləti barədə deyilənlərin mif olduğunu 1992-ci ildə, müstəqilliyini yeni bərpa edən dövlətə, demokratik inkişaf yolunu tutan hakimiyyətə "Azadlığı müdafiə aktı” əsasında tətbiq etdiyi sanksiyadan bilir. Onda Azərbaycan ABŞ-ın sanksiyasına öz torpaqlarını Xocalı soyqırımını törədən Ermənistanın təcavüzündən və işğalından qorumaq, azad etmək üçün məruz qalmışdı.
Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden də təmsil etdiyi dövlətin "ədalətini” bir daha nümayiş etdirdi. Ağ evin 78 yaşlı sahibi sübut etdi ki, 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu dövləti idarə edənlər regionda baş verənləri hələ də qiymətləndirmək də çətinlik çəkirlər.
Belə çıxır ki, ABŞ kimi bir dövlətin mənafeyi erməni lobbisinə güzəşt edilir.
Bu gün Cozef Bayden saxtakarlığı müdafiə edib: "Hər il bu gün biz Osmanlı dövründə "erməni soyqırımı” zamanı ölənləri xatırlayır, belə zülmün bir daha təkrarlanmaması üçün öhdəliklərimizi yeniləyirik”.
Bunun ardınca Bayden saxta erməni tarixinə "hörmət” etdiklərini, "tarixi təsdiq”lədiklərini deyib. ABŞ lideri çıxışında daha sonra bildirib: "Bunu kimisə günahlandırmaq üçün deyil, bunun əsla bir daha yaşanmaması üçün edirik”.
Cozef Bayden erməni "tarixi”ni təsdiqləməklə həmin illərdə və ondan sonra ötən 106 il ərzində ermənilərin Azərbaycanda, Anadoluda, Özbəkistanda yüz minlərlə dinc sakini soyqırıma məruz qoymalarına, onlarla türk diplomatlarının qətlinə bəraət qazandırıb. O, bu çıxışı ilə həmin cinayətləri dəstəklədiyini bəyan edib.
Ağ evin qoca lideri açıqlamasında "belə zülmün bir daha təkrarlanmaması üçün öhdəliklərimizi yeniləyirik” və "bunun bir daha yaşanmaması üçün edirik” deməklə iki dəfə yalan danışıb. Çünki ABŞ ordusu və siyasəti nəticəsində son 18 ildə Suriyanın 6 milyon vətəndaşı məcburi köçkün, 4,8 milyon vətəndaşı isə qaçqın vəziyyətinə düşüb, bu ölkənin bir milyona yaxın dinc sakini qətlə yetirilib.
İraqdan da qaçqın düşən vətəndaşların sayı 4,3 milyon, itkilərinin sayı isə milyondan çoxdur. Afrikada dinc sakinlərin qətlə yetirilməsi, milyonlarla insanın didərgin düşməsi də ABŞ siyasətinin ədalətinin insanlığa verdiyi "töhfə”dir.
ABŞ-da qara dərililərin irqi ayrı-seçkiliyə, yerli hinduların soyqırıma məruz qalması heç kimə sirr deyil. Elə son zamanlar "öhdəliklərimizi yeniləyirk” deyən prezidentin ölkəsində afro-amerikalı ABŞ vətəndaşlarının rənglərinə görə qətlə yetirilməsini xatırlamaq bunu təsdiqləyər.
"Washington Post” qəzetinin jurnalisti Kimberli Kindinin bir neçə il əvvəl apardığı araşdırmanın nəticəsinə əsasən, afroamerikalılar ölkə əhalisinin 13 faizini təşkil edir. Elə ABŞ polisi tərəfindən öldürülənlərin 26 faizi də onların payına düşüb.
Bu günlərdə ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) bir neçə afroamerikalı qətlə yetirilib. Hadisə 2020-ci il mayın 25-də polis tərəfindən Corc Floydun qətlə yetirildiyi ərazidə baş verib. Ştatlarda afro-amerikalı vətəndaşların öldürülməsini adi cinayət hadisəsi kimi qələmə verilməsinə inanmaq sadəlövhlük olardı. Bu ölkədə "ku-kluks-klan”çılar hələ də var.
"Ermənilərə hörmət edirik” deyən Bayden ermənilərin soyqırıma məruz qoyduğu dinc Azərbaycan vətəndaşlarının, Osmanlı təbəəsi olmuş minlərlə müsəlmanın xatirəsinə niyə hörmətsizik edir?
Bu, Baydenin ayrı-seçkiliyə xidmət edən siyasi-mənəvi düşüncəsindən irəli gəlir. Çünki o, "KKK” ruhu ilə böyüyüb. Bu təşkilatın fəaliyyəti Baydenin gəncliyinə təsadüf edir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində Baydenin çıxışına belə münasibət bildirib: "Sözcüklər tarixi dəyişdirməz, yenidən yaza bilməz. Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi kəmfürsətlilik sülh və ədalətə qarşı ən böyük xəyanətdir. Əsası populizm olan bu açıqlamanı bütövlükdə rədd edirik”.
Bu məsələdə Azərbaycanın da mövqeyi məlumdur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib:
"Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaqdır. Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır”.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır. Məhz Baydenin bəyanatından sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı da bunu sübut edir.
Dövlət başçımız C.Baydenin qondarma "erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınayıb. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Prezident Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.
Cozef Baydenin "humanizm” nümayiş etdirmək adı altında ermənisevərliyi ABŞ tarixinə ədalətsizlik ləkəsidir. Baydenin bu səhvindən daha çox insanlıq ziyan görəcək. Bunun bumeranq kimi ABŞ-a da qayıdacağı istisna deyil.
Bir zamanlar afrikalıları ovlayaraq ABŞ-a gətirib, onları qul kimi işlədiblər. 2007-ci ildə ABŞ rəsmiləri əcdadlarının 150 il əvvəl insanlığa zidd əməlinə görə afrikalılardan üzr istədi. Onda erməni avantürasına uyan Cozef Baydenə görə ştatlar adından üzr istəyəcəklər? ABŞ prezidenti, təəssüf ki, ermənilər kimi beynəlxalq hüququ tapdaladı, tarixin saxtalaşdırılmasına xidmət etdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol