• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc "Uydurma erməni soyqırım"ından DANIŞDI

Zahid Oruc "Uydurma erməni soyqırım"ından DANIŞDI
27.04.2021 11:27
"Amerika prezidentinin 24 aprel açıqlaması Ermənistanın faydasına deyil, gələcəkdə gerçək faciəsinə səbəb olan, məğlubiyyətində qonşu dövlətləri suçlandıran bir xalqın qəlbini ələ almağa və onları region dövlətlərindən qoparmağa, Türkiyəni Moskvadan ayırmağa və Suriyada, Liviyada təzyiq etməyə hesablanan riyakar  plandır. Baydenin çağırışı Qafqazlarda sona çatmış savaşı yenidən oyadır, sülh prosesinə zərbə vurur. Azərbaycanı və Türkiyəni müharibənin qalibi görən Fransa parlamenti müstəqilliyi tanıma təhdidi, 3 gün öncə Ağ Ev isə siyasi şantajla məşğuldur. Baydenin "soyqırım” kəlməsi yalnız Türkiyəyə, türklərə deyil, Azərbaycana da böyük zərərdir.
 
Çünki soyqırımla demokratiya qurmağa çalışan dövlətlərin "məğlublara mükafat, qaliblərə cəza” siyasəti Avropanın digər dövlətləri tərəfindən də davam etdiriləcək.Ona görə də "Baydenin bəyanatında Türkiyə dövləti və xalqının adı yoxdur” deyənlərə sadə bir sualımız var-onda Osmanlını 100 il sonra mühakimə etmək Amerikanın nəyinə gərəkdir?Türk əskərinin Azərbaycanda varlığını tanımayan, Agdərədə gətirib öz ordusunu yerləşdirməyə çalışan, Minsk qrupunu dirçəltməyə cəhd edən, erməni xalqının müharibədə öz təslimçiliyini qəbul etdiyi halda ona "nəticələrlə barışma” deyən-Paris və Vaşinqtonun birgə ssenarisidir.10 noyabr razılaşmasında imzası olmayan bir dövlətin səfiri ötən həftə prezident İlham Əliyevin bəyanatının ardınca Zəngəzura gəlib.Sual olunur, nədir o yollar açılsa, Ermənistan Azərbaycanın bütövlüyünü tanısa, Qərbin regionda planları pozular?”

Bu sözləri parlamentin iclasında Komitə sədri Zahid Oruc bildirib. 

O, deyib ki, erməni Baş naziri 24 aprel müraciətində görün nə deyir: sitat: ""biz min illər keçsə də, soyqırımı unutmayacagıq”. Bəli, heyrətlənmək gərək deyil, çünki 1915-də öz intelektuallarını, mənəvi və mədəni elitasını itirdiklərini deyən ermənilər həqiqətən "baş”sız qalıblar. Baxın, son 55 ildə 30 dövlətin tanıdığı "soyqırım”(sız) dövrdə ermənilər milyonlarla sayda azalıblar.İmperiyaların maraqlarına xidmət etməklə ermənilərin sayı artmayıb. Paşinyan deyir ki, güclü müttəfiqlərimiz bizi qoruyacaq! Bundan böyük cinayət ideologiyası ola bilməz. Kiminsə kölgəsində yaşamaqla ermənilər Ermənistanda 2050-də 1 milyona düşəcəklər. Halbuki son 100 ildə ilk dəfə yeni bir tarixi fürsət yaranmışdı.Nə Vudro Vilson, nə də indi Bayden yox, Türkiyə və Azərbaycan müəyyən şərtlər altında ermənilərin sağlığının  qarantiyasını verə bilər”.

Millət vəkili deyib  ki, qisaslarını İrəvanda bayraq yandırmaqla çıxanlar bilsin ki, o bayraqlar yüzlərlə odlu-alovlu savaşladan keçib və heç bir atəş onu yox etməz və külünü tökdükləri İrəvanda bir gün yenidən dalğalanar:

"Qarabağda həmin bayraqlar altında yaşamaqdan başqa yolları qalmayacaq. Xatırladaq ki, Amerika son 30 ildə Qarabaga 200 milyon dollardan artıq humanitar yardım edib. İndi Azərbaycan o yardımları doğma şəhərlərimizin soyqırımına xərcləyənlərin gerçək simasını dünyaya göstərir, qoy Konqres Ağdamın, Cəbrayılın, Qubadlının təzədən qurulması üçün xeyirxahlıq göstərsin, eyni yardımları ayırsın ki,  bəlkə bir küçədə adları qalsın! "Türkiyə və Azərbaycanın birgə addımı nə olmalıdır” deyənlərə cavabımız: belə açıqlamalardan, Konqresin, Senatın qərarından sonra ermənilər Ermənistanda qalmır, gedib Amerikada yaşayırlar! Cavab budur!”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol