• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq”

İlham Əliyev: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq”
10.05.2021 19:19
"Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.
"Report”un məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Prezident bildirib ki, 10 noyabr tarixli birgə Bəyanatında bu, təsbit edilib:
"Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək.
Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaq”.
Prezident qeyd edib ki, Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur:
"Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol