• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə-Azərbaycan münasibətləri möhkəm təməllərə əsaslanır

Türkiyə-Azərbaycan münasibətləri möhkəm təməllərə əsaslanır
19.05.2021 16:25
YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov TBMM-nin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb

Mayın 19-da Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.

Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətindən danışan YAP sədrinin müavini qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamının tarixiliyi özünün siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində sübuta yetirilib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətlərinin güclənməsində hər iki ölkənin liderləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var. 

Azərbaycanla Türkiyənin bir-birinə hər zaman dəstək verdiyini deyən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək verməsi sevindirici və qürurverici haldır.

Tahir Budaqov, həmçinin Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının iki ölkə arasında münasibətlərin  daha da güclənməsinə öz töhfələrini verdiyini diqqətə çatdırıb. 

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə əsaslanır. Şamil Ayrım vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin tarixi əhəmiyyətini də vurğulayıb.

Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin inkişafında Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səylərini yüksək dəyərləndirən Şamil Ayrım əminliklə ifadə edib ki, bütün dünya üçün dostluq, birlik və tərəqqi nümunəsi olan əlaqələrimiz əbədiyyətə qədər davam edəcək.

Şamil Ayrım Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının əlaqələrinin hazırkı səviyyəsindən də məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol