• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov avropalı nazirlər önündə Ermənistanı İFŞA ETDİ

Ceyhun Bayramov avropalı nazirlər önündə Ermənistanı İFŞA ETDİ
21.05.2021 17:41
Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Anews.az-a verilən məlumata görə, bu ilin 25 yanvar tarixində Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olduğunu bildirən nazir, Avropa Şurasına üzv olduğu müddətdə Azərbaycan bu təşkilat və onun müxtəlif təsisatları ilə təşkilatın bütün istiqamətləri üzrə konstruktiv əməkdaşlığa fəal şəkildə cəlb olunduğu və bu əməkdaşlığın qarşılıqlı hörmət və anlayış əsasında davam etdirilməsində maraqlı olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov cari ilin Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasının 30-cu ildönümünün qeyd olunduğu və 30 illik müstəqillik dövründə ilk silahlı münaqişəsiz il olduğunu vurğulayıb. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən silahlı münaqişəyə son qoyduğu qeyd edilib. Sözügedən sənədin iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün lazımı şəraiti yaratdığını iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Eyni zamanda, C.Bayramov hələ də Ermənistan tərəfindən 10 noyabr tarixli bəyanatdan və ümumilikdə, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinin pozulmasının şahidi olduğumuzu təəssüf ilə qeyd edib. Bu xüsusda, Ermənistanın hələ də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşdirilmiş minaların xəritələrini təqdim etməkdən imtina etməsi, eləcə də Ermənistan 1991-1994-cü illər ərzində Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə məlumatı təqdim etməməsinin ciddi narahatlıq kəsb etdiyi vurğulanıb.

Nazir Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyəti Ermənistanı revanşıst fəaliyyət və Azərbaycana qarşı olan nifrətdən imtina edərək, davamlı sülh, regional əməkdaşlıq və inkişaf üçün unikal imkandan istifadə etməyə inandırmaqda qətiyyət nümayiş etdirməyə çağırıb.


Ceyhun Bayramov çıxışında Avropa Şurası Nazirlər Komitəsində sədrliyini müvəffəqiyyətlə başa vurması münasibətilə Almaniyanı təbrik edib və gələcək Macarıstan sədrliyinə tam dəstəyimizi ifadə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol