XİN başçısı: “Gürcüstan Azərbaycan və Ermənistan arasında etimadın dərinləşməsində iştirak etmək istəyir”

"Gürcüstanın hökumət rəsmilərinin Türkiyəyə səfərinin leytmotivlərindən biri regional təhlükəsizlik və yeni geosiyasi vəziyyət olub”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani "İmedi” telekanalına müsahibəsində deyib.
XİN başçısı Gürcüstanın Türkiyə və Azərbaycanla regional neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi çox mühüm geosiyasi layihələrdə iştirak etdiyini qeyd edib.
D.Zalkalianinin sözlərinə görə, Türkiyəyə səfər çərçivəsində Gürcüstanın Ermənistan və Azərbaycan arasında etimadın dərinləşməsi kontekstində oynaya biləcəyi rola da toxunulub: "Biz açıq şəkildə bildirdik ki, Gürcüstanı Cənubi Qafqazdakı qonşularımız və tərəfdaşlarımız üçün platforma olaraq təklif edə bilərik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib























