• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəniyyət Nazirliyi Samir Şərifovun ittihamlarına cavab verib

Mədəniyyət Nazirliyi Samir Şərifovun ittihamlarına cavab verib
09.06.2021 10:13
Mədəniyyət Nazirliyi maliyyə naziri Samir Şərifovun ötən gün Milli Məclisdəki çıxışı zamanı kino sahəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nazirlikdən bildirilib ki, bu sahədə qısa zamanda əhəmiyyətli tədbirlər görülüb.


"Azərbaycan Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən "Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanıb, bu istiqamətdə qısa zaman ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfər ölkəmizin tarixində yeni bir səhifə açıb və dövlətimiz bütün sahələrdə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ milli kinematoqrafiyamızın da qarşısında mədəniyyətimizin qalib təzahürü və carcısı olmaq vəzifəsini qoyur. Bununla əlaqədar, Vətən müharibəsində qazanılan böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə keçirilən "Böyük Qayıdış" film layihələri müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən elan olundu. Dünya təcrübəsinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən mərhələli şəkildə təşkil edilən müsabiqədə ölkəmizdə ilk dəfə layihələrin açıq Pitçinq yolu ilə seçilməsi mexanizmi tətbiq olundu və Vətən müharibəsinə həsr olunan 11 qısametrajlı (bədii, sənədli və animasiya) film istehsala buraxılmaqdadır.


Bununla yanaşı, 1982-ci ildən bugünədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası üçün kinotexnika avadanlıqları alınıb və "Fəryad 2", "Məryəm" və "Mərmər Soyuqu" tammetrajlı bədii filmlərin istehsalına artıq başlanılıb.


Eyni zamanda 1965-ci ildən heç vaxt təmir edilməmiş "Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının yenilənməsi ilə bağlı müvafiq tədbirlər görülür.


Həmçinin, ölkəmizdə film sahəsinin modernləşdirilməsi, dünyanın bu sahədə ən qabaqcıl ölkələrinin təcrübəsinə uyğun şəkildə yenidən qurulması, dünya kino prosesinə inteqrasiyasının sürətləndirilməsi və nəhayət, dayanıqlı inkişafa əsaslanan kino sənayesinin formalaşdırılması üçün inkişaf etmiş kino sənayesinə malik Türkiyə, ABŞ, Fransa, Almaniya kimi ölkələrlə birgə filmlərin çəkilməsi istiqamətində işlərə başlanılıb.


Son illərdə ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Təsadüfi deyil ki, son altı ay ərzində dövlət sifarişi və dəstəyi ilə nəzərdə tutulan film layihələri dünyanın ən nüfuzlu film festivallarında ölkəmizi təmsil edir. Buna misal olaraq Bakı Media Mərkəzi ilə birgə istehsal olunan "Sonuncu" sənədli filminin Rotterdam Film Festivalında, "Təkbətək", "Göy köynəkli adam" və digəri olmaqla 3 film layihəmizin Sarayevo Film Festivalında iştirakını, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunacaq "Mərmər soyuğu" bədii film layihəsinin Rusiyanın dövlət film təşkilatı "Roskino" və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketinə seçilməsini göstərmək olar.


Həmçinin, Azərbaycanın beynəlxalq qlobal rəqəmsal yayım platformlarına inteqrasiyası baxımından əhəmiyyətini nəzərə alaraq, "Netflix APost Lab" mötəbər beynəlxalq film tədbirlərinə ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Nazirliyinin müşahidəçi kimi dəvət edilməsini qeyd etmək lazımdır.


Bununla belə, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən fəaliyyətini dayandırmış kino nümayişi müəssisələrinin fəaliyyəti bərpa edildikdən sonra Maliyyə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən filmlərlə tanış olmaq və onlar haqqında dolğun məlumat əldə etmək məqsədilə kino təqdimatlarına dəvət olunacaqlar".


Qeyd edək ki, maliyyə naziri Samir Şərifov Milli Məclisin ötən gün keçirilən iclasında kino sahəsindəki vəziyyəti tənqid edib.(report)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol