• $
  • €
  • ₽
  • ₺
  • £

Münaqişədən əziyyət çəkənlər üçün yardım ayrılıb

Münaqişədən əziyyət çəkənlər üçün yardım ayrılıb
10.06.2021 16:21
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovartla görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi, nəticədə məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaq imkanı qazanması, bunun üçün hazırlıq işlərinə başlanması barədə qonağa məlumat verilib.

Prezident İlham Əliyevin bu məsələlərə xüsusi diqqət yetirdiyi, bərpa-quruculuq işlərinin gedişini şəxsən nəzarətdə saxladığı, Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə birlikdə tez-tez işğaldan azad edilmiş ərazilərdə olduğu bildirilib.

Vurğulanıb ki, həmin ərazilərdə "ağıllı kənd”, "ağıllı şəhər” kimi ən müasir layihələr icra ediləcəkdir və bu işlər bir sıra Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bərpa-quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının başlanması üçün ərazilərin minalardan təmizlənməsinin vacibliyi qeyd edilib, Ermənistanın müvafiq xəritələri verməməklə beynəlxalq normaları pozduğu diqqətə çatdırılıb.
Dövlət Komitəsi tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Ağdamda, Tərtərdə və Füzulidə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərinin keçirildiyi bildirilib.

Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart səmimi görüş üçün təşəkkür edib. O, Azərbaycan hökumətinin müharibə nəticəsində ziyan dəymiş yerlərin bərpası üçün proaktiv fəaliyyət göstərdiyini qeyd edib. Eyni zamanda, hərbi münaqişədən əziyyət çəkmiş insanlara yardım göstərilməsi üçün Avropa İttifaqı tərəfindən vəsait ayrıldığını bildirib. Nikolas Qovart mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Avropa İttifaqına məcburi köçkünlərə dəstək məqsədi ilə keçirilən layihələrinə görə təşəkkür edilib. Dövlət Komitəsi tərəfindən növbəti layihələrin icrası üçün zəruri dəstəyin göstəriləcəyi nəzərə çatdırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol