“Azəriqaz”da İctimai Şuranın iclası keçirildi

"Azəriqaz” İstehsalat Birliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın növbəti iclası keçirilib.
Qurumdan Anews.az-a verilən məlumata görə, Şuranın əsasnaməsi, reqlamenti və fəaliyyət planı müzakirəyə çıxarılıb.
Bundan başqa, Şura daxilində vətəndaşlardan daxil olan müraciətlərə necə baxılacağına diqqət ayrılıb.
"Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev İctimai Şura üzvlərinə təqdim olunub. Bundan sonra hər hansı müraciət daxil olarsa, buna ən tez bir zamanda reaksiya göstəriləcəyi bildirilib.
İctimai Şuranın iclasında Birliyin baş direktoru Ruslan Əliyev də iştirak edib. O, bir daha bəyan edib ki, təmsil etdiyi qurumun qapıları Şura üzvlərinin istənilən müzakirə mövzusu üçün açıqdır.
"Azəriqaz” İB davamlı bir iş birliyi tərəfdarıdır və Şuranın aktivliyindən gözləntiləri çoxdur.
Sonra Şura üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















