• $
  • €
  • ₽
  • ₺
  • £

“ABŞ bütün sanksiyaları ləğv etməyə borcludur” - İranın yeni Prezidenti

“ABŞ bütün sanksiyaları ləğv etməyə borcludur” - İranın yeni Prezidenti
21.06.2021 15:30
"İran xalqının mesajı dəyişiklik, korrupsiya, yoxsulluq, ayrı-seçkiliklə mübarizə və ədalətin icra olunması ilə bağlıdır”.


Anews.az-ın məlumatına görə, bunu İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisi bu gün keçirdiyi ilk mətbuat konfransında deyib.


O bildirib ki, koronavirus pandemiyasına baxmayaraq, xalqın seçkilərdə aktiv iştirakı düşmən tərəfindən yaradılmış psixoloji müharibəyə və ölkə daxilində bəzilərinin iqtisadi vəziyyətdən şikayətinə cavab idi.


Hökumətin xarici siyasətindən danışan yeni Prezident bildirib ki, xarici siyasət Hərtərəfli Birgə Fəaliyyət Planı ilə başlamır və onunla da bitməyəcək: "ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planını pozub və bu plana əsasən bütün sanksiyaları ləğv etməyə borcludur”.


İ. Rəisi bəzi Qərb ölkələrinin ona qarşı irəli sürdüyü ittihamlara da toxunub, qeyd edib ki, insan haqlarını həmişə diqqətdə saxlayıb: "Onlar məni ittiham edirlər, mən də onlara deyirəm ki, bu gün biz iddiaçıyıq. Hücumlar qarşısında duran prokuror və hakim alqışlanmalıdır. Mən də xalqın mənafeyini müdafiə etmişəm”.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol